Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Ukrayna müharibəsində 213 uşaq ölüb

Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 213 uşaq ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, bununla yanaşı, 389 uşaq xəsarət alıb. Baş Prokurorluq bu rəqəmlərin yekun olmadığını vurğulayıb.

Read More »

Göygöldə xəstəlikdən əziyyət çəkən kişi intihar edib

Daşkəsən rayon sakini Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib. Boyukmillet.com xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Rafiq Qüdrət oğlu Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib. Onun uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək …

Read More »

Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlanıb

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu oğurlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhərin meri İvan Fyodorov milli telemarafonun efirində danışıb. “Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb, bu gün 29-u işğalçıların həbsxanalarındadır. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda …

Read More »

Türkiyənin XİN başçısı Braziliyada səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyanın paytaxtı Brazilliada səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb. “Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını həyata keçirmək və təmasda olmaq üçün Latın Amerikasındakı ən böyük ticarət tərəfdaşımız Braziliyadayıq”, – o qeyd edib. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Cənubi Amerika turu çərçivəsində Uruqvayın paytaxtı Montevideoda olub. Orada Türkiyə …

Read More »

Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibətilə tədbir təşkil olunub. Boyukmillet.com xəbər verir ki, şəhərin Xan bağında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər ictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə …

Read More »

Azərbaycan Quru Qoşunlarının döyüş qabiliyyəti artırılıb

Quru Qoşunlarının N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclasda rüb ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, həyata keçirilən …

Read More »

Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və …

Read More »

Nigeriyada neft emalı zavodunda baş verən partlayışda 100-ə yaxın insan həlak olub

Nigeriyada neft emalı zavodunda güclü partlayış olub. Boyukmillet.com “Reuters“ə istinadən xəbər verir ki, hadisə nəticəsində 100-ə yaxın insan ölüb. “Yanğın qeyri-qanuni fəaliyyət göstərən zavodda baş verib və 100-ə yaxın insan tanınmaz dərəcədə yanıb”, – deyə Nigeriyanın Dövlət Neft Ehtiyatları üzrə müvəkkili Qudlak Opiah bildirib.

Read More »

AKP sözçüsü erməni əsilli deputatın qondarma “soyqırımı” ilə bağlı addımını sabotaj adlandırıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Xalqların Demokratik Partiyasından (HDP) olan Türkiyə Böyük Millət Məclisinin deputatı Qaro Paylanın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinə sərt reaksiya verib. Boyukmillet.com xəbər verir ki, bu barədə o “Twitter“ hesabında paylaşım edib. Ö. Çelik bunun Türk millətinə qarşı böhtan və əxlaqsız təklif olduğunu qeyd edib. …

Read More »

Conson və Zelenski Ukraynaya hərbi yardımın yeni mərhələsini müzakirə ediblər

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna Prezidenti Vladimir Zelenski şərqi avropa ölkəsinə yeni hərbi yardım barədə razılığa gəliblər. Boyukmillet.com “RİA Novosti“yə istinadən xəbər verir ki,bu barədə Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini Andriy Sibiqa bildirib. Tərəflər hərbi yardımın yeni mərhələsini və gələcəkdə yenilənmiş təhlükəsizlik sistemini müzakirə ediblər. “Biz yeni mərhələdən, yeni keyfiyyətdən, müttəfiqlərin Ukraynaya hərbi yardımının yeni mərhələsindən danışırıq. Söhbət …

Read More »