Cümə , 3 Aprel 2026

Monthly Archives: Aprel 2022

ADU-da Azərbaycan multikulturalizmi fənni üzrə tədris qrafikinə uyğun mühazirə təşkil olunub

19.04.2022 – ci il tarixində ADU-nun Magistratura Şöbəsi və Fəlsəfə kafedrasının təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri fəlsəfə doktoru Rəşad İlyasovun tədris etdiyi Azərbaycan multikulturalizmi fənni üzrə tədris qrafikinə uyğun “Azərbaycanda multikulturalizm: Tarixi, mahiyyəti və əsas xüsusiyyətləri mövzusunda mühazirə təşkil olunmuşdu. Mühazirə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı dosent Ceyhun Məmmədovun iştirakı ilə baş tutdu. Tədbiri giriş sözü …

Read More »

Yelena Zelenskaya: “Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük”

“İndiyədək 973 ukraynalı uşaq Türkiyəyə təxliyə edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Anadolu”ya müsahibəsində deyib. “Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla müharibədən əvvəl başlanan dostluğumuz indi daha da güclənib. Uşaqlarımız üçün təhlükəsiz yer axtaranda Türkiyə ən çox üstünlük verdiyimiz ölkələrdən oldu. Bizə bu mövzuda kömək etməsi üçün Əminə xanıma müraciət etdim. Nəticədə Türkiyənin dəstəyini …

Read More »

Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək

Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində deyib. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Zəfər Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair …

Read More »

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb, qətnamə qəbul olunub

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib. Daha sonra …

Read More »

Ukraynanın birinci xanımı: “Gizlənmək utandırıcıdır”

“Gizlənmək utandırıcıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Anadolu”ya müsahibəsində deyib. “Bu utancı hər an yaşayıram. Bunu heç vaxt bağışlamayacağam. Bütün Ukrayna qadınları, kişiləri, uşaqları üçün təhlükə var. Amma hamımızı məhv etmək mümkünsüzdür. Həyatda qalmağı bacaranlar bu utancı heç vaxt unutmayacaqlar”, – o bildirib.

Read More »

Dövlət Komitəsinin sədri postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələri açıqlayıb

“Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə …

Read More »

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib. Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir …

Read More »

Ukrayna kəşfiyyatı separatçıların Mariupolda verdiyi itkiləri açıqlayıb

Çoxu Ukraynanın Mariupol şəhərində gedən döyüşlərdə öldüyündən qondarma Donetsk Xalq Respublikasında “xalq milisləri” praktiki olaraq qalmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsindən bildirilib. Məlumata görə, Mariupol istiqamətindəki döyüşlərə Rusiya qondarma qurumun “Daxili İşlər Nazirliyi”nin bütün şəxsi heyətini, o cümlədən “Respublika”nın “daxili qoşunları”nı, “DİN-in Donetsk akademiyası”nın “kursantları”nı da cəlb edib. Onların verdiyi canlı qüvvə itkisinin …

Read More »

İranda generalın oğlu öldürülüb

İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanını general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində nəzarət-buraxılış məntəqəsində olub.  Rəsmi mənbələr Hüseyn Almasinin xəsarət almadığını bildirsələr də, onun yaralandığı ilə bağlı xəbər də yayılıb.  Məlumata görə, mühafizəçi Mahmud Absalan İran İnqilab Keşikçiləri Qvardiyasının Salman Farsi adına …

Read More »

Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

Şuşada ümumi tutumu 7 milyon kubmetr olan su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Boyukmillet.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, su anbarı Şuşa şəhərinin dayanıqlı su təminatı məqsədilə yaradılır: “Şuşa şəhərində davam edən quruculuq işlərini nəzərə alsaq, yay aylarında yaranacaq su tələbatını qarşılamaq üçün hazırda təxirəsalınmaz tədbir kimi …

Read More »