“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Siz buraya Zəfər yolu …
Read More »Monthly Archives: Aprel 2022
Prezident: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq”
“Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, …
Read More »Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb, Prezident çıxış edib
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Aprelin 23-dək davam edəcək Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol …
Read More »Bakıda 11-ci sinif şagirdi ölüb
“Gənc İstedadlar” Liseyində təhsil alan 11-ci sinif şagirdi Vaqif Məmmədov vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə liseydən bildirilib. Qeyd olunub ki, o, qəfil ürəktutmasından dünyasını dəyişib.
Read More »Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir
Bu gün Azərbaycan Milli Məclisinin inzibati binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısı keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan parlamentində təşkil olunub. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasının nümayəndə heyətləri iştirak edirlər.
Read More »“Ən yaxşı qumbaraatan heyəti” adı uğrunda yarışlar keçirilib
Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən “Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar keçirilib. Atışdan əvvəl hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub. 6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən …
Read More »Ermənistanın nicat yolu – uydurma tarixdən imtina
Dünyada yeni münasibətlər qurulur. Odur ki, bu şərait keçmişdə baş vermiş hadisələrə də yeni yanaşama tələb edir. Azərbaycan son 30 ildə bir çox tarixi olaylar yaşamış dövlətdir. Müstəqilliyini bərpa etməsinə qarşı olanlar onun ərazisini yenidən parçalamağa cəhd göstərdi. Bu məqsədlə Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Həmin illər ərzində ermənilər çoxsaylı cinayətlər törədiblər. Belə ki, Birinci Qarabağ …
Read More »Bakıda bir nəfər bıçaqlanıb
Bakının Nizami rayonunda bıçaqlanma baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 1985-ci il təvəllüdlü Qəhrəmanov Səddam Bəbir oğlu tanışı tərəfindən bıçaqlanıb. O, sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Read More »Mayk Tayson təyyarədə sərnişini döyüb – VİDEO
Hadisə San-Fransiskodan-Florida reysindəki təyyarədə olub.Boksçunun arxasında sərxoş adam olub.Əvvəlcə o, təyyarədə Mayk Taysonla selfi çəkdirib.Lakin bu, pərəstişkar üçün kifayət etməyib və o, yol boyu danışığı ilə idmançını narahat edib və qulağına nələrsə pıçıldayıb.Tayson bir neçə dəfə ona uzaq durmağı təklif etsə əd gənc oğlan buna məhəl qoymayıb. Daha sonra boksçu buna dözməyib həmin sərnişinin üzünə bir neçə güclü zərbə endirib.Zərərçəkənə …
Read More »Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək
Aprelin 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar