“Qarabağ” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XII turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub. Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb. Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı …
Read More »Yearly Archives: 2022
Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qeyd edək ki, noyabrın 2-də “Parken” …
Read More »Ərdoğan Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib. “Biz əldə etdiyimiz razılıqla Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təşkil etmişik. Bununla da qida böhranının qarşısını nisbətən almışıq. Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüdlü davransa da, biz bəşəriyyət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb. …
Read More »Almaniyaya qanunsuz daxil olan 13 Azərbaycan vətəndaşı saxlanılıb
Bu ilin son altı ayı ərzində Almaniyaya qanunsuz yollarla daxil olan 13 Azərbaycan Respublikası vətəndaşı ilə bağlı qanunu tədbirlər görüləcək. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu ilin son altı ayı ərzində qonşu ölkələrdən Almaniyaya qanunsuz olaraq daxil olan 13 Azərbaycan Respublikası vətəndaşının əksəriyyəti ağır tonnajlı yük avtomobillərinin …
Read More »Azərbaycanın Baş naziri BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib. Görüşdə …
Read More »Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib
2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib. Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini …
Read More »Gömrük Komitəsinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləmiş Şükür Səfərovun həbs müddətləri uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, R.Babayev və Ş.Səfərovun həbs müddəti daha 3 ay …
Read More »Azərbaycan yeni peyklər buraxacaq
“Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: “Hamı …
Read More »Qərbi Azərbaycan İcmasının Media Mərkəzi yaradılır
Qərbi Azərbaycan İcmasının oktyabrın 29-da keçirilən iclasında İcmanın media siyasəti müzakirə olunub. Müzakirədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdiri Qalib Qasımov, Vision TV-nin baş redaktoru Şöhrət Eldəniz, tanınmış jurnalist Lamiyə Rövşənqızı, İcmanın koordinatorları, rayon icma sədrləri və b. iştirak edib. İclasda İcmanın Media Mərkəzinin yaradılması qərara alınıb və bu işin …
Read More »Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə gedib
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Soçi şəhərində səfərdədir. Boyukmillet.com “Armenpress”ə istinadən xəbər verir ki, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir. Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq. Qeyd edək ki, bu gün, oktyabrın 31-də Soçi şəhərində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar