Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Florida Beynəlxalq Universitetində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) Azərbaycanlı Tələbələr Assosiasiyasınım təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycanın bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. FIU-də təhsil alan Azərbaycanlı Tələbə Assosiasiyasının rəhbəri Aydın Eminov qonaqları ölkəmizin müstəqillik tarixi haqqında məlumatlandırıb. Bildirib …

Read More »

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 67 kq-da çıxış edən pəhləvan yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb. Birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxın. Təkanla qaldırmada 162 kq-ı ram edən “Qartal” klubunun təmsilçisi bu hərəkətdə də …

Read More »

Türkiyə yaxınmənzilli ballistik raket sınaqdan keçirib

Türkiyə ordusu yaxınmənzilli ballistik raket sınaqdan keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. İki mənbənin agentliyə verdiyi məlumata görə, “Tayfun” raketi səhər saat 07:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri yaxınlığındakı sahillərinə düşüb. Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib. “Bloomberg” qeyd …

Read More »

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib …

Read More »

AZAL uçuşlarda qabaqcıl peyk müşahidə sistemi tətbiq edəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkənin hava məkanında real vaxt rejimində hava hərəkətinin idarə olunmasına (HHİ) dair yüksək tələblərə cavab verən “Aireon” peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu qabaqcıl yenilik aerokosmik sahədə qlobal təkamül prosesləri çərçivəsində innovativ texnologiyaların üstünlüklərindən tam istifadə edilməsinə imkan yaradacaq. Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərovla “Aireon” …

Read More »

İsveçdə 26 yaşlı azərbaycanlı gənc nazir təyin olunub

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. Boyukmillet.com xəbər verir ki, o, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir. 1995-ci il noyabrın 12-də İsveçdə anadan olan soydaşımız Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə təhsil alıb. Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib …

Read More »

Gəncədə Zəfər forumu keçirilir

Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər forumu keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri və digər rəsmi …

Read More »

Azərbaycanın Livandakı səfiri dəyişib

Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Həmçinin dövlət başçısının digər sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Azərbaycan İtaliyaya yeni səfir təyin edib

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu …

Read More »