Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Cəbi Quliyev-“Praqa səfəri bir daha Naxçıvana keçid məsələsinin hər zaman gündəmdə olduğunu göstərdi”

Oktyabrın 6-da bütün dünyanın diqqəti Praqaya yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, media nümayəndələrinə verdiyi açıqlamalar ölkəmizin diplomatik müstəvidə …

Read More »

Azərbaycan neftinin qiyməti 99 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,17 ABŞ dolları, yaxud 3,11% azalaraq 98,83 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,29 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

Krım körpüsünün partladılmasına görə 9 nəfər saxlanılıb, aralarında Ermənistan vətəndaşı da var

Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Məlumatda partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib. Qeyd olunub ki, partlayışla bağlı istintintaq …

Read More »

Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub

Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Read More »

MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb

“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Read More »

Kamran Əliyev: “Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”. Boyukmillet.com -un xəbərinə görə, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib: “Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin …

Read More »

Bakı, Mingəçevir, Lerik və Ucarda ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ, Səbail rayonları, Mingəçevir şəhəri, Lerik və Ucar rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 18040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib. “Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından …

Read More »

Səudiyyə Ərəbistanına silah satışını dayandıran qanun ABŞ Senatına təqdim edilib

ABŞ senatoru Riçard Blyumental Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandıran qanun layihəsinin ABŞ Senatına təqdim edildiyini açıqlayıb. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. İlkin məlumatlara görə, söhbət Səudiyyə Ərəbistanına silah və sursatların birbaşa kommersiya və xarici hərbi satışının bir il müddətinə dayandırılmasından gedir. Bundan əvvəl Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, …

Read More »

Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

“Qərbi Azərbaycan İcması”na mətbuat katibi təyin edildi

Jurnalist Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi təyin edilib. Bu barədə icmadan bildirilib. Qeyd edək ki, Ü. Zülfiqar 2006-cı ildən 2021-ci ilədək “ATV Xəbər”də siyasi müxbir kimi fəaliyyət göstərib, analitik süjetlərin müəllifi olub. Azərbaycanda keçirilən iri həcmli idman yarışları zamanı ingilisdilli aparıcı kimi fəaliyyət göstərib. 2020-ci ildən etibarən ingilis dilli News.az agentliyinin baş redaktoru olaraq fəaliyyət göstərir. 2022-ci il avqustun …

Read More »