Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Yearly Archives: 2022
Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb
Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkəyə idxalı dayandırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib. Bildirilib ki, cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilib, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılmış, bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunub və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə …
Read More »Azərbaycanın Baş naziri Moskvada II Xəzər İqtisadi Forumunda iştirak edəcək
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərində II Xəzər İqtisadi Forumunda iştirak edəcək. Bu barədə “Report”a Nazirlər Kabinetindən bildirilib. Qeyd edək ki, Ə.Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir. Baş nazir səfər çərçivəsində həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Read More »Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə keçmiş prezidentləri günahlandırıb
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. “Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, – N.Paşinyan deyib. Baş nazir həmçinin keçmiş prezident Serj …
Read More »“ATV” və “MTV” kanallarına xəbərdarlıq edilib
Azərbaycan Respublikası Audiovizual Şurası “ATV” və “MTV” kanallarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib. Belə ki, bu gün Şuranın onlayn formatda iclası keçirilib. İclasda “ATV” və “MTV” kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub. İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının “ATV” redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə “Media haqqında” …
Read More »Dünya azərbaycanlıları Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycan diaspor təşkilatları Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndiririk. Bildiririk ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci …
Read More »Bakıda dilənçilərə təpik vuran polislər işdən çıxarılıb
Bakıda dilənçilərə təpik vuran polislər işdən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb: “Həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər. Bu gün yenidən onların dilənçilik əməllərinin …
Read More »Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq
Oktyabrın 6- da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Bu barədə Boyukmillet.com diplomatik mənbələrə istinadən xəbər verir. Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.
Read More »Erməni təxribatçılarının Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib
Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub. Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. …
Read More »Qurban Qurbanov: “Bütün futbolçular oyuna hazırdır”
“Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək”. Boyukmillet.com-un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis rəqib komandadakı həmkarı haqqında məlumatının çox olduğunu bildirib: “Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar