Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb

Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib. E.Quliyev qeyd edib ki, Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan …

Read More »

Elçin Quliyev: “DSX-də işğal altındakı torpaqların azad edilməsinə hazırlığa 2005-ci ildən başlanılıb”

“İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin yaratdı”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. “Vətən …

Read More »

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Boyukmillet.com xatırladır ki, artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin …

Read More »

Azərbaycanda Media Reyestrinə daxil ediləcək jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq

Azərbaycanda Media Reyestrinə daxil ediləcək media subyektlərinin və jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyil. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə Reyestrdəki …

Read More »

“Yüksəliş” müsabiqəsinin qalibinə yeni vəzifə verilib

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılovaya yeni vəzifə verilib. Boyukmillet.com xəbər verir ki, o, Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, N.İsmayılova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq ticarət ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə ADA Universiteti ilə Maastrixt Biznes Məktəbinin (Niderland) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası …

Read More »

Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib

Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci …

Read More »

Azərbaycan lideri: “Regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”

“Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. …

Read More »

Azərbaycanda media subyektlərinə və jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək

Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək. Şəhadətnamə …

Read More »

“YAŞAT” tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib

“YAŞAT” bu il də tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib. “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb. Beləliklə, Fond tərəfindən onlara birdəfəlik pul mükafatı – 2000 AZN təqdim edilib. Məlumatda qeyd olunub ki, ilk dəfə tələbə adını qazanan …

Read More »

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər xiyabanları və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar: “Bildiyiniz kimi, hər il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq …

Read More »