Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Əvvəlki görüşümüzü xatırlayıram. Vaxt sürətlə keçir. Azərbaycana sizin səfərinizdən dörd il keçir. Lakin bu müddətdə …
Read More »Yearly Archives: 2022
“Anım Günü” ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də “Anım Günü” ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək. Tədbirlər …
Read More »Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib
Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycanın Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə …
Read More »“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədrinə iki yeni müavin təyin olunub
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub. Boyukmillet.com xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir. Z.Nağıyev 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr, …
Read More »Azad edilən ərazilərdə daha 190 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 457 hektar ərazi mina və partlamamış …
Read More »Kəlbəcərdə ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Read More »Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub – FOTOLAR
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib. Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ziyarət iştirakçıları Ulu …
Read More »Agentlik insan alverinə qarşı mübarizə tədbirlərinə dəstək verir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi regionlarda insan alverinə qarşı mübarizə tədbirlərinə dəstək verir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdyi kiçik qrant proqramı çərçivəsində təqdim etdiyim “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsini həyata keçirir. Layihə çərçivəsində Quba və Xaçmaz rayonlarının sahədə xidmət göstərən post-patrul xidməti əməkdaşlarının insan …
Read More »Sabah Azərbaycanda Anım Günüdür
Sabah Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Boyukmillet.com xəbər verir ki, artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin …
Read More »KİV: “Rusiyada hərbi komissrarlığa silahlı hücum olub, hərbi komissar ölüb”
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb. Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar