Avqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı …
Read More »Yearly Archives: 2022
Nazirlik: “Ermənilər Laçın şəhəri və ətraf ərazilərdə 6 yanğın hadisəsi törədib”
Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması …
Read More »KİV: “Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək”
Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, növbəti görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra – bu ay ərzində baş tutacaq. Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini …
Read More »MN Laçının Zabux kəndindən yeni videogörüntülər yayıb
Müdafiə Nazirliyi Laçın rayonunun Zabux kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir. Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Read More »Azərbaycan və Yaponiyanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
Yaponiya və Azərbaycanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsində bildirilib. Qeyd edilib ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokionun qubernatoru Koike Yuriko ilə görüşüb. Görüşdə Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, həmçinin Bakı və Tokio arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Read More »Azərbaycan neftinin qiyməti 102 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,24 % artaraq 102,15 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,01 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …
Read More »Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq
Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, bu proses sentyabrın 5-8-də gözlənilir: “Xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir”.
Read More »Fakta əsaslanmamış çirkin iftiralarla adamı vurmaq yaxşı iş deyil
Boyukmillet.com-un redaktoru Sima Babayeva son günlərdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Limanovun əleyhinə hazırlanmış qara piyar haqda araşdırma aparıb. Həmən araşdırmanı sizlərə təqdim edirik: ƏNVƏR LİMANOV KİMDİR? Ənvər Lümanov 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.Hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorudur. Ondan əvvəl üç il burada baş həkim işləyib.1997-2001-ci illərdə Sabirabad rayon Qaratəpə kənd xəstəxanasında pediatr, 2002- …
Read More »Zaqataladakı yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb
Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri aparılır. Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, …
Read More »Yasamalda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs tutulub – RƏSMİ
Avqustun 30-u saat 09 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar