Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

FHN: “Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir”

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır. Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və …

Read More »

Prezident: “Azərbaycan xalqı Müslüm Maqomayevlə fəxr edir”

“Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o həm böyük müğənni, həm də böyük bəstəkar idi”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışında deyib. Dövlət başçısı yeniyetmə yaşlarından Müslüm Maqomayevi tanıdığını söyləyib: “Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin anım mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən anım mərasiminə əklil göndəriblər. Boyukmillet.com-un xəbərinə görə, anım mərasimi Fəxri Xiyabanda Xalq artistinin məzarı önündə keçirilib. Əklil mərhumun məzarı önünə qoyulub.

Read More »

Ombudsmanın nümayəndələri Azərbaycanda məhkum edilmiş Ermənistan vətəndaşları ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir. Bu barədə  Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının …

Read More »

Rusiya Ermənistana nota verib

Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır. “Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, – bəyanatda …

Read More »

QHT-lər ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji  terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. “Report”un xəbərinə görə, müraciətdə deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı …

Read More »

Özündən olana kin-nifrət bəsləyənlərin əsl hədəfi… – Tənzilə Rüstəmxanlı yazır

Son günlər sosial şəbəkələrdə paylaşılan mövzularla bağlı məsələlərə Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı aydınlıq gətirib. Boyukmillet.com həmin açıqlamanı sizlərə təqdim edir: “Məndən ötdü, sənə dəydi…” Ustad şairimizin ruhu şad olsun. Bizim özümüzdən ötməsinə sevindiyimiz zərbələrin sonda vətənə, dövlətə, millətə dəyməsini müşahidə edirik. Dərdi, bəlanı görürük, zərərini, ziyanını anlayırıq, amma öz üzərimizdə bunu hiss etmədikcə susuruq, “mənə dəymədi”-deyə sevinirik …

Read More »

Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə “Bakı Metropoliteni” QSC-də onun mahnıları səsləndirilir. Bu barədə  qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metrosunda xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif …

Read More »

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb. Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib. O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb. E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır: “Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il …

Read More »

Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonun İsfahani küçəsi döngə 3, ev 3-də yaşayan 2006-ci il təvəllüdlü Nağıyeva Nəzrin Vüsal qızı avqustun 14-də yaşadığı evdən çıxaraq itkin düşüb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.

Read More »