Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, sərəncamla Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Səlim Müslümovun məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası başlayıb. Boyukmillet.com  xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özü barəsində anket məlumatları verib. Daha sonra S.Müslümovun vəkilləri – Toğrul Vəliyev və Ayxan Rüstəmzadə vəsatət qaldırıblar. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyiblər: “Vəsatət Səlim Müslümovun pedaqoji fəaliyyəti və cinayət işində …

Read More »

MN: “Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur”

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb. Nazirlikdən  daxil olan açıqlamada deyilir: “Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur”.

Read More »

61 bağça müdiri işdən çıxarılıb, 1-i barədə hüquq mühafizə orqanlarına müraciət olunub

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir. Nazirlikdən  verilən məlumata görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb. Eyni zamanda 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq …

Read More »

Türkiyənin XİN başçısı: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”

“Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. “Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan …

Read More »

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb  

Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Yunanıstanın PASOK partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilir. “Ekathimerini.com”un məlumatına görə, partiyanın sədri qeyd edib ki, onun telefonlarına xüsusi cihazlar vasitəsilə qulaq asırlar. Nikos Androulakis telefonuna qeyri-qanuni “Predator” casus proqram quraşdırmaq cəhdi barədə məlumat verib. Yunanıstan …

Read More »

Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsi ilə bağlı ABŞ-dan açıqlama tələb edib

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, noyabr ayından bəri 4, son 1 həftədə isə 3 müsəlmanın öldürülməsi şübhə doğurur və bu, Türkiyənin narahatlığına səbəb olur. Rəsmi Ankara hadisəni törədənlərin ən qısa zamanda tapılmasının və …

Read More »

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var

Şəmkir rayonunun Kür qəsəbəsi Polis Bölməsinin rəisi Bakı-Qazax yolunda qəza törədib. Boyukmillet.com xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb. Belə ki, bölmə rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında olub. Qəzada xəsarət alan …

Read More »

Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir. Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək – 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri …

Read More »

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

“Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. “Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin”, – XİN başçısı vurğulayıb.

Read More »