Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Göyçayda narkotik tərkibli bitki məhv edilib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Read More »

Abşeron sakini bıçaqla hədələnərək avtomobildən 5800 manat pulu aparılıb

Abşeron rayon sakini bıçaqla hədələnərək avtomobildən 5800 manat pulu aparılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də 28 May qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Rüstəmovu xuliqanlıq zəminində bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırmaqda və avtomobildən 5800 manat pulunu oğurlamaqda şübhəli …

Read More »

ABŞ generalı Azərbaycan Ordusunun hərbi hissəsinə baş çəkib

ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi …

Read More »

Mövlud Çavuşoğlu: “Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir”

“İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib. “PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. Biz həmişə deyirik ki, terror təşkilatları həm İraq, həm də bizim üçün təhdiddir. Əgər yerli rejim terrorla mübarizəni bacarmırsa, biz bunu edərik. İraq hakimiyyəti terrorla uğurlu mübarizə …

Read More »

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Xatırladaq ki, onlar, dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunmaqla, 20 qəpiklik metal pul nişanları ilə birlikdə yenilənib. Ötən ilin dekabr ayından 20 qəpiklik pullar tədavülə buraxılıb. Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul …

Read More »

Türkiyə Rusiyaya xəbərdarlıq edib

“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib. “Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər …

Read More »

KİV: “Boris Conson NATO-nun Baş katibi ola bilər”

Böyük Britaniyanın istefa vermiş Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın “The Telegraph” nəşri yazıb. “İstefadan sonra çətin ki, Conson yüksək vəzifədə olmasın. Xüsusilə onun güclü liderlik keyfiyyətlərini, Ukraynaya verdiyi ciddi dəstəyi nəzərə almaq lazımdır”, – məqalədə qeyd olunub. Britaniya Müdafiə Komitəsinin üzvləri də B.Consonun NATO-nun Baş katibi vəzifəsinə namizədliyinin irəli …

Read More »

Neft cüzi bahalaşıb

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri cüzi artıb. Boyukmillet.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,07% bahalaşaraq, 1 bareli 99,53 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,35% artıb və 1 bareli 95,31 ABŞ dolları təşkil edib. API-nin məlumatına əsasən iyulun 22-dək olan …

Read More »

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin adı və rəhbəri dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, şirkət bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək. Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub. …

Read More »