Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə Prezidenti: “İsveç və Finlandiya vədi yerinə yetirməsə, biz də onların üzvlüyünə müsbət yanaşmayacağıq”

“Biz Finlandiyaya da, İsveçə də NATO Baş katibinin iştirak etdiyi toplantıda şərtlərimizi çox konkret formada söylədik. Gizli bir şey yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib. “Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb …

Read More »

Ərdoğan Putinlə Azərbaycana aid müzakirə etdiyi məsələləri açıqlayıb

“Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə “Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib. “Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. …

Read More »

Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

İyul ayının 20-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin …

Read More »

Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir

Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir. Bunu “Report”un sualına cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O xatırladıb ki, Azərbaycanın koronavirusla mübarizədə iki illik təcrübəsi var: “İlk vaxtlarda xəstəliklə əlaqədar ən sərt tədbirlərin görülməsi pandemiya ilə bağlı məlumatların azlığından irəli gəlirdi. Ancaq bu gün görürük ki, “Omikron” ştamı yüksək yoluxduruculuq qabiliyyəti olsa da, ağır xəstələnmə hallarının sayı azdır. …

Read More »

SN: “Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub. Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə …

Read More »

Ekspert: “Aİ ilə yeni memorandum Bakının artan əhəmiyyətindən xəbər verir”

“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Bakının beynəlxalq aləmdə, xüsusilə enerji təhlükəsizliyi məsələlərində artan əhəmiyyətindən xəbər verir”. Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman iyunun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında sənədin imzalanmasını şərh edərkən deyib. Onun sözlərinə …

Read More »

Psixoloq: “Qazilərə və onların ailə üzvlərinə psixoloji yardım göstərilməlidir”

“Müharibədən sonra iştirakçıların və qazilərin cəmiyyətə adaptasiyası olduqca vacibdir”. Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib. O bildirib ki, müharibədə olan hadisələr qazilərdə müəyyən psixoloji problemlərə səbəb olur: “Xüsusən də, onların müharibədən 1 ay, 6 ay müddət keçdikdən sonra aldıqları travmalar posttravmatik stress formasında özünü göstərməyə başlayır. Buna görə də müharibədə iştirak etmiş hər …

Read More »

Saatlı rayon 62 saylı dairənin Millət Vəkili Əziz Ələkbərli vətəndaşların problemlərinin Respublika səviyyəsində həllinə start verdi

Hər il olduğu kimi, bu il də pambığın suvarma dövründə Saatlı əhalisi çətin günlər yaşayır. İnsanlar aylarla çəkilən əziyyətin, torpağa qoyulan xərcin bir neçə günün içində havaya sovrulması təhlükəsi ilə üz-üzədir. Bunun arxasınca ailələrin müflisləşməsi, pambıq zavodlarına borclanması gəlir. Demək olar ki, bütün rayon ayaq üstədir – əhali də, rayon rəhbərliyi də, su idarəsi də. Belə məqamda təbii ki, neqativ …

Read More »

Türkiyə Gürcüstan ordusunu loqistik avadanlıqlarla təchiz edib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni loqistik avadanlıqlarla təchiz edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Gürcüstan ordusunun loqistika imkanlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin “Hıdromek” şirkətinə məxsus 8 mini ekskavator-yükləyici traktor təqdim olunub. Texnikanın təhvil-təslim mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə səfiri Ali Kaan Orbay iştirak ediblər. Onlar yeni avadanlıqlara baxış keçirib və imkanları ilə tanış olublar. Loqistika avadanlıqlarının təhvil …

Read More »