BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya transsərhəd yardımla bağlı qətnamə layihəsinin əleyhinə səs verib. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Rusiya və Çin layihənin lehinə, Böyük Britaniya, ABŞ və Fransa isə onun əleyhinə səs verib, qalanları – Braziliya, Albaniya, Keniya, Qabon, Qana, Hindistan, İrlandiya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb. BMT Təhlükəsizlik Şurası 2014-cü ildən indiyədək ilk dəfə Suriyaya …
Read More »Yearly Archives: 2022
ABŞ Ukraynaya 400 milyon dollarlıq növbəti hərbi yardım paketini ayırıb
ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Paket çərçivəsində Ukraynaya 4 ədəd HIMARS çoxsaylı buraxılış raket sistemi, bu sistemlərin sursatları və artilleriya mərmiləri daxil olmaqla, əlavə 400 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
Read More »Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd edilir: “Qurban Bayramınız mübarək!” pic.twitter.com/1LBRMc6Bsn— İlham Əliyev (@azpresident) July 8, 2022
Read More »Tərtər və Daşkəsən şəhərlərinin Baş planları təsdiqlənib
Tərtər şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Tərtər şəhərinin Baş planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Digər qərarla Daşkəsən şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Daşkəsən şəhərinin Baş planı” təsdiq olunub.
Read More »Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 310 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib. Son sutka ərzində yeni …
Read More »Zakir Həsənov Xocavəndə gedib, komandolara tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər. Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib. Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış …
Read More »Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqləyib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Fondun gəlirləri 15 985 652,3 min manat, xərcləri isə 11 382 683,9 min manat və yaxud Fondun ötənilki büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.
Read More »DTX qeyri-qanuni yolla güzəştli mənzil almaq istəyənlərə xəbərdarlıq edib
“Mənzil İnşaat Dövlət Agentliyinə (MİDA) məxsus 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəsmisi Günel Hüseynova MİDA ilə birgə keçirilən brifinqdə deyib. “Qeyd edilən halların araşdırılması ilə bağlı DTX-ya müraciət ünvanlanıb: …
Read More »DTX rəisi Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbirdə çıxışı zamanı bu məsələyə də toxunub. Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi …
Read More »Misir Mərdanov televiziyaları tənqid edib
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib. Boyukmillet.com-un xəbərinə görə, o, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır. “Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – M.Mərdanov bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar