Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real vəziyyətini dünyaya çatdırmaq üçün yeni portal yaradılıb. Boyukmillet.com-un məlumatına görə, heritage.gov.az saytını Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb. Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilən qanunsuz əməllər …
Read More »Yearly Archives: 2022
Azərbaycan üzgüçüsü Avropa çempionatında finala yüksəlib
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub. Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb. Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start …
Read More »Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən …
Read More »Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin aprelində Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Y.Məhərrəmov şəxsi …
Read More »Abşeronun 2 qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına 9 milyon manat xərclənəcək
“Azərsu” ASC Abşeron rayonunun Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Archico” MMC-dir. Qalib şirkətə 9,377 milyon manat ödəniləcək.
Read More »Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi audit xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “L.B. Audit Xidməti” MMC-dir. Qalib şirkətə 6 950 manat ödəniləcək.
Read More »Fəxri konsulluq və 1 saylı Sumi gimnaziyası birgə təhsil layihəsi hazırlayır
Bu gün Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Sumı şəhər 1 nömrəli gimnaziyaya maarifləndirici layihənin təşkili üçün lazımi avadanlıqlar gətizdirib. Boyukmillet.com xəbər verir ki, yeni plazma panel və multimedia cihazları sayəsində artıq Sumı və Bakı gimnaziyalarının şagirdləri arasında onlayn konfranslar keçirmək mümkün olacaq. Gimnaziyanın direktoru, Ukraynanın Təhsil əlaçısı Larisa Simonenko müasir texnologiyanın geniş imkanlar açdığını vurğulayıb. “Müəssisəmizdə uşaqların hərtərəfli …
Read More »Ukraynanın Baş naziri: “2022-ci ildə ÜDM azı 35% azalacaq”
“2022-ci ildə Ukraynanın ÜDM-i ən azı 35% azalacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib. Dövlət Statistika Xidmətinin məlumatına görə, Ukraynanın ÜDM-i 2022-ci ilin birinci rübündə ötən ilin dördüncü rübündəki 6,1% artımla müqayisədə 15,1% azalıb. Dünya Bankı bu il Ukraynanın ÜDM-nin 45,1% azalacağını proqnozlaşdırır.
Read More »“Lex”inin baş məşqçisi: “Qələbə qazanmaq vacib idi”
“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Polşa “Lex”inin baş məşqçisi Con van den Brom evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 56 yaşlı mütəxəssis matç zamanı və görüşdən …
Read More »Çempionlar Liqası: “Malmö” və “Lüdoqorets” qələbə qazanıb
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. Boyukmillet.com xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Lex”ə minimal hesabla uduzub – 0:1. İsveç “Malmö”sü evdə İslandiya “Vikinqur”unu 3:2, Bolqarıstan “Lüdoqorets”i isə Monteneqro “Sutyeska”sını 2:0 hesabı ilə yenib. İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” komandaları ilk matçda inamlı qələbə qazanıblar. Onlar müvafiq olaraq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar