Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

Bakıda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Namazlı Mələk Allahverdi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Qurban Qurbanov: “Rəqibdən hücum futbolu gözləyirdim”

“Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Lex”ə 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis komandasından razı olduğunu bildirib: “Klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada …

Read More »

Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Bəkdəmirov Zahid Əşrəf oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını …

Read More »

Əli Əsədov və Samir Nuriyev azad olunmuş ərazilərə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub. Boyukmillet.com xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin …

Read More »

Azərbaycan Monqolustanla ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiqlənib. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun …

Read More »

Vətən müharibəsi qazisinə İcra Hakimiyyətində vəzifə verilib  

Vətən müharibəsi qazisinə Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) vəzifə verilib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi qazisi, II qrup əlil Eyvaz Əmir oğlu Hüseynzadə icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib. O, bu vəzifəyə Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovun müvafiq sərəncamı ilə gətirilib. İcra başçısı Taleh Qaraşov yeni vəzifəyə təyinat alan Vəıtən müharibəsi qazisini …

Read More »

İsrailin Türkiyədəki Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa edib

Türkiyənin İstanbul şəhərində İsrailin Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin iqtisadiyyat naziri Orna Barbivay elan edib. Onun sözlərinə görə, yaxın günlərdə yeni attaşe təyin olunacaq. Bildirilib ki, 2019-cu ildə əvvəlki ticarət üzrə attaşenin səlahiyyət müddəti başa çatıb və praktik olaraq nümayəndəlik də fəaliyyətini dayandırmışdı. “Nümayəndəliyin fəaliyyətini bərpası İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməsinə sadiqliyinin göstəricisidir”, …

Read More »

Prezident Qarabağdakı qızıl yataqları ilə bağlı sənədi təsdiqləyib

Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişiklik, onun qüvvəyə minməsindən irəli …

Read More »