Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

DİM sədri: “9-cu sinfə aşağı nəticə ilə gələn şagird həyatı boyu nə 500, nə də 700 bal toplamayacaq”

“Zəif nəticə göstərən şagirdlərin repetitor yanına getməsi nəticəni elə də dəyişmir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualına cavabında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, tədris proqramının, eləcə də lazım olan bilik və bacarığın 20 %-ni özündə cəmləşdirən 9-cu sinif şagirdi repetitor yanına gedəndə iki il ərzində nəticəyə ən çoxu 40 % əlavə edə …

Read More »

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təsisçi üzvlərinin və İdarə Heyətinin birgə iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, toplantıda 2 iyul Beynəlxalq İdman Jurnaslitləri günü münasibəti ilə qurumun üzvləri təbrik olunub və onlara fəaliyyətlərində uğurlar arzulanıb. İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar qurumun adının dəyişdirilməsi, yeni üzvlərin qəbulu, İdarə Heyətinə yeni üzvlərin qəbulu və AİJF prezidentinin seçilməsidir. Səsvermə nəticəsində qərara …

Read More »

Anar Bağırov: “Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var”

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin həbs edildiyi, cinayətdə ittiham olunduğu andan hüquqi yardım almaq hüququ müəyyənləşib: “Boşluqlar vəkilin öz müştərisi ilə görüşməsində müəyyən əngəllər yaradır. Bununla bağlı tərəfimizdən təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. …

Read More »

Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb

Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən …

Read More »

Nazir: “Polis azad olunmuş ərazilərdə xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir”

Polis və Daxili Qoşunlar işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir. Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən …

Read More »

Vilayət Eyvazov: “Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

“Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin …

Read More »

MN: Orduda günvurma hallarının qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə Milli Müdafiə Universitetinin fəaliyyətinə dair məruzələri dinləyib. Boyukmillet.com xəbər verir ki, nazir elmi potensialdan səmərəli istifadə edərək hərb elmində tədqiqatların keyfiyyət əmsalının artırılmasının, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında …

Read More »

Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib. Boyukmillet.com xəbər verir ki, nazir tapşırıqlarını Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması …

Read More »

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, sərhəddəki vəziyyət təhlil edilib

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuları bir daha təbrik …

Read More »

Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb. Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq. Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.

Read More »