Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Goranboyda silah-sursat aşkarlanıb

Goranboyda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayon Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik …

Read More »

Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 34 yaşlı şübhəli törətdiyi əməli etiraf edib. O, keçmişdə həmin rayonla bağlı yaranmış ticarət mübahisəsi ucbatından əsəbiləşib və hətta ailəsində yaranan problem səbəbindən özünü öldürmək istədiyini də bildirib. Bundan başqa, hadisə yerində iki benzin bidonu …

Read More »

Qusarda 20 yaşlı oğlan göldə boğulub

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb. Boyukmillet.com xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlimovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu A.Səlimovun meyitini tapılaraq aidiyyəti üzrə təhvil verib.

Read More »

Azərbaycandakı siyasi partiya sədrlərinin azad edilmiş ərazilərə səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir. Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə …

Read More »

XİN Azərbaycan nümayəndəsinin BMT-də komitə üzvü seçilməsinə dəstək verən ölkələrə təşəkkür edib

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nümayəndəsi Elgün Səfərovun BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvü seçilməsinə dəstək verən ölkələrə təşəkkür edib. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Komitədə …

Read More »

Bu gün planetlər paradı olacaq

Bu gün Günəş sisteminin 5 planeti – Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. Boyukmillet.com xəbər verir ki, “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir. Bu fenomen ay sonuna qədər sübhdən əvvəlki səmanı bəzəyəcək, lakin bu həftə ərzində daha yaxşı müşahidə ediləcək. Bu gün yerin …

Read More »

Sumqayıtda 1 milyon manatlıq abadlıq işləri görüləcək

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçə, prospekt və parklarda abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərenerji Təchizat” MMC-dir. Qalib şirkətə 1,006 milyon manat ödəniləcək.

Read More »

Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxarıb

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub. Boyukmillet.com xəbər verir ki, bu barədə TASR məlumat yayıb. Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib. Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. …

Read More »

İran İraqa birgə neft-qaz layihələri hazırlamağı təklif edib

İran İraqa neft və qaz hasilatını artırmaq üçün enerji sektorunda müştərək layihələr hazırlamağı təklif edib. Boyukmillet.com “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocastemehr deyib. Onun sözlərinə görə, İranda 400-ə yaxın neft və təbii qaz yatağı aşkar edilib, onların bir hissəsi İraqla sərhəddə yerləşir, ona görə də neft-qaz sahəsində əməkdaşlıq üçün əməli addımlar …

Read More »

Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür. Boyukmillet.com xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb …

Read More »