Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ukraynada rus musiqisinin yayımına və Rusiyadan kitab idxalına qadağa qoyulub

Ukrayna Ali Radası ictimai yerlərdə və kütləvi informasiya vasitələrində rus musiqisinin yayımını qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada, həmçinin Rusiyadan kitab idxalını və yayılmasını qadağan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb. Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini 303 deputat dəstəkləyib. “Həmçinin Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi …

Read More »

Şuşa bəyannaməsi, eyni zamanda, bir əsirlik işğaldan azad olan Qarabağın təhlükəsizdiyinin zəmanətidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı çevik humanist siyasətinin nəticəsi olaraq, qısa bir müddətdə ölkəmiz bütün sahələrdə inkişaf edərək, böyük uğurlara imza atır. Prezident İlham Əliyev 44 günlük möhtəşəm Qarabağ müharibəsində qazandığı misilsiz uğurlarımızın memarıdır: məhz onun sərkərdəliyi ilə qəhrəman ordumuz 1920-ci ildən bu yana, ümumilikdə, bir əsr gəlmələrin işğalı altında olan torpaqlarımızı azad etdi, məmləkətimizin yeni qəhrəmanlıq tarixini yazdı. …

Read More »

Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

44 günlük zəfər tarixini yazan Laçın rayonunun Minkəndli qəhrəmanları ilə möhtəşəm görüş baş tutdu. 41 nəfər Minkənd kəndinin sakinlərindən 44 günlük Vətən Müharibəsində iştirak edən döyüşçülərdən 29 nəfəri Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif olunmuşdur. Müəllifi olduğum “Zəfər Tarixinin Qəhrəmanları” kitabını da tədbirdə qəhrəmanlara təqdim elədik. Xatırladım ki, “Zəfər Tarixinin Qəhrəmanları” kitabında görüşünə gəldiyimiz hər bir qəhrəman haqqında geniş …

Read More »

ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti Azərbaycana təşəkkür edib

ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti və baş icraçı direktoru Suzan Elliott Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda iştirak edən Suzan Elliott bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətlə aparıldığını görmək onu çox maraqlandırıb. “Mən Azərbaycan hökumətinə bunu bacardığına görə təşəkkür edirəm”, – Elliot deyib. Onun sözlərinə …

Read More »

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 19-da saat 11 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Read More »

Xüsusi nümayəndə: “Zəngilan aeroportunun tikintisi sentyabrda başa çatdırılacaq”

“Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi başa çatdırılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib. V.Hacıyev qeyd edib ki, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir. Xüsusi nümayəndə Zəngilanda tikinti-bərpa işlərinin davam etdirildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, işğaldan əvvəl Zəngilanda …

Read More »

Fətəli Xan Xoyskinin məzarı ziyarət olunub

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonundakı məzarı qətlinin 102-ci ildönümü günündə ziyarət olunub. Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları iştirak ediblər. F.Xoyski ilə yanaşı, AXC parlamentinin sədr müavini …

Read More »

Sabah havanın temperaturu 36 dərəcəyə çatacaq

İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin …

Read More »

Ermənistan silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Azərbaycanlı diplomat, professor Arif Quliyev Rusiya-Ukrayna müharibəsindən DANIŞDI – “Müdrik o adamdır ki, düşməni ilə dil tapıb danışa bilir” – MÜSAHİBƏ

Hazırda dünyanın gözü Ukrayna ətrafında cərəyan edən hadisələrdədir. Fevral ayında başlayan və qarşıdurmanın qısa müddətli olduğunu proqnozlaşdıran siyasi şərhçilərin dediklərinin əksinə isə müharibə hələ də davam edir.   “Odessa hüquq  Akademiyası” Milli Universitetinin Kiyev Əqli mülkiyyət və Hüquq institutu Konstitusiya, Beynəlxalq hüquq və ictimai Hüquq fənləri kafedrasının professoru, azərbaycanlı diplomat, Ukraynanın Əməkdar təhsil işçisi  Arif Quliyevin fikrincə, Ukrayna-Rusiya münaqişəsi sanki bir …

Read More »