Əfqanıstanın paytaxtı Kabilin rayonlarından birində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb. Kabil polisinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı hələlik məlum deyil. Polis avtomobildə quraşdırılmış partlayıcının işə düşdüyünü bildirib.
Read More »Yearly Archives: 2022
İraqda 1 türk əsgəri həlak olub, daha 3 hərbçi yaralanıb
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb. Bu barədə Boyukmillet.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb. Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib. …
Read More »Amerikalı müəllimlər Xocalı və Kəlbəcərdən olan şagirdlərə ingilis dili keçiblər
ABŞ-ın Azərbaycandakı səfirliyininin dəstəyi ilə Xocalı və Kəlbəcərdən olan şagirdlər üçün ingilis dili proqramı təşkil edilib. Bu barədə səfirlikdən bildirilib: “Xocalı və Kəlbəcər məktəblərinin şagirdlərini ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ingilis dili proqramını uğurla başa vurmaları münasibətilə təbrik edirik! İki illik proqram tələbələrə ingilis dili bacarıqlarını inkişaf etdirməyə imkan verib”. Şagirdlər Xocalı rayonunun Kosalar, Başkənd və Yaloba kənd tam …
Read More »Azərbaycanın nümayəndəsi BMT Baş katibinə ermənilərin cinayətlərini ifşa edən məktub göndərib
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin tarixi, mədəni və dini irsi dağıdılıb, təhqir edilib, zədələnib, məhv edilib. Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə …
Read More »Aygün Əliyeva: Konfranslarda səsləndirilən təkliflər sistemləşdiriləcək
“Bütün konfranslarda səsləndirilən təkliflər Agentlik tərəfindən sistemləşdiriləcək və bu istiqamətdə maarifləndirici tədbirlər davamlı olacaq.” Boyukmillet.com “QHT.AZ” a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Şirvan şəhərində keçirdiyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva …
Read More »İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub
Azərbaycan İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsində kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, müdir vəzifəsini müvəqqəti icra edən İlqar Pənahov vəzifəsindən azad edilib. Məlumata görə, onun yerinə Müşviq İbişov təyin edilib. Qeyd edək ki, Müşviq İbişov daha əvvəl bölmənin müdir müavini, İlqar Pənahov isə baş məsləhətçi işləyib.
Read More »BMT Baş Assambleyasının Prezidenti: “Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib”
“Son beş il ərzində Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib”. Bunu “Report”un ABŞ bürosuna müsahibəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib. O qeyd edib ki, COVID-19 pandemiyası bütün sektorlar üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda qlobal durğunluğa səbəb olub: “Heç bir ölkə bu geriləmədən sığortalanmayıb. Mən bilirəm ki, BMT və onun tərəfdaşları Azərbaycanda …
Read More »DSMF sədri: “Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb”
Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib. O, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdünün də artdığını vurğulayıb: “1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb, 1-ci …
Read More »Gürcüstana qanunsuz keçən Türkiyə vətəndaşları saxlanılıb
Gürcüstanın dövlət sərhədini qanunsuz keçən iki nəfər Türkiyə vətəndaşı saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib. İstintaqla müəyyən edilib ki, 1983 və 1978-ci il təvəllüdlü şəxslər “Vale” sərhəd-keçid məntəqəsindən yan keçməklə Türkiyədən Gürcüstana qanunsuz daxil olublar. Faktla bağlı qrup halında Gürcüstan dövlət sərhədini qanunsuz olaraq keçmə maddəsi üzrə istintaq aparılır. Türkiyə vətəndaşlarını 4 ildən 5 ilədək …
Read More »Azərbaycan Ordusunun kursantları təlim atış çalışmalarını yerinə yetirib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atışdan qabaq kursantlara təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Kursantlar silahların sökülüb yığılması və digər normativləri yerinə yetiriblər. Səhra şəraitində keçirilən təlim atış çalışmalarında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar