Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun 14 km hissəsində asfalt örtüyünün döşənməsi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 …

Read More »

Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artıracaq

Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ötən həftə İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə Anlaşma Memorandumu imzalanıb. Xatırladaq ki, ötən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana …

Read More »

Xaricdə təhsillə bağlı sənəd qəbulu başlayıb

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilir. Boyukmillet.com xəbər verir ki, sənəd qəbulu üçün son tarix iyunun 26-sı saat 23:59 müəyyən edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş universitetlərin …

Read More »

Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni …

Read More »

ABŞ 14 ölkədən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukrayna ərazisindən oğurladığı taxılı almamağı tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” bildirib. Məlumata görə, bura Afrikanın 10 ölkəsi, həmçinin Pakistan, Türkiyə, Banqladeş və Şri-Lanka daxildir. Qeyd olunub ki, söhbət 100 milyon dollar dəyərində 500 min ton Ukrayna taxılından gedir. Həmin taxıl Ukrayna ərazisindən quru yolu ilə …

Read More »

Mahaçqala və Bakı arasında aviareyslər ləğv edilib

Rusiyanın “UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib. Boyukmillet.com bu barədə Dağıstan hava limanına istinadən xəbər verir. Məlumata görə, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsi ilə ləğv edilib. Qeyd edək ki, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.

Read More »

Bakıda 48 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildə 48 yaşlı qadının meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və …

Read More »

Xüsusi təyinatlı təhsil müəssisələri ziyarət olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti ilə dinləyiciləri Heydər Əliyev adına Hərbi İnstitutu, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseyi ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ziyarətçilər hərbi təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin abidəsi və büstü önünə gül dəstələri qoyublar. Qonaqlara müəssisələrin …

Read More »

Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Boyukmillet.com xəbər verir ki, heyətə DQİDK ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir. Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü qarşısında xatirəsini ehtiramla anıb, …

Read More »

Vilyam Hacıyevin məhkəməsində ekspertiza rəyləri elan olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri elan olunub. Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatət qaldıraraq bildirib ki, maliyyə sənədləri yoxlanılmalıdır. Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib. Qeyd edək ki, …

Read More »