Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər. Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında …
Read More »Yearly Archives: 2022
“Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatı keçirilib
Dövlət Turizm Agentliyi “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatını keçirib. Boyukmillet.com xəbər verir ki, təqdimat işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında olub. Agentliyin nümayəndəsi Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə …
Read More »“RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb
Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb. Bu barədə Boyukmillet.com “Caliber.az”a istinadən xəbər verir. Qeyd edək ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib. Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə …
Read More »Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür
Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötür. Boyukmillet.com xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə …
Read More »Zakir Həsənov təxribatlara dərhal adekvat cavab verilməsini tapşırıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb. Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib. Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin …
Read More »Bu gün 22 minə yaxın abituriyent qəbul imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. DİM-dən verilən xəbərə görə, imtahanda 21753 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib …
Read More »Rusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar. Boyukmillet.com bu barədə Rusiya Federasiyası hökumətinin saytına istinadən xəbər verir. “Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası …
Read More »QHT Agentliyinin əməkdaşı İctimai Radionun qonağı olub – Audio
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələr Departamentinin müdiri Elnur Bağırlı İctimai radioda yayımlanan “Günün birinci yarısı” verlişində qonaq olub. Boyukmillet.com xəbər verir ki, Elnur Bağırlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi layihələr, tədbirlər, qrant müsabiqələri haqqında geniş məlumat verərək, Qeyri-hökumət təşkilatları ilə aparılan işlərdən söhbət açıb. Canlı yayımlanan efirə Agentlik ilə bağlı gələn suallar cavablandırılıb.
Read More »Ermənistanda etirazlar zamanı onlarla insan xəsarət alıb
İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumət evinə doğru irəliləmək istəyən etirazçılara polis müdaxilə etməyə çalışıb. Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var. Səhiyyə Nazirliyinin məlumatına görə, 38 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib. Aksiya zamanı …
Read More »Azay Quliyev Şərqi Avropa ölkələrinə gedir
Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin deputatı ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 6-dan 8-dək Rumıniyanın Buxarest şəhərində, iyunun 8-dən 9-dək Bolqarıstanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar