Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy, Şəmkir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 38 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən subsidiya ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu …

Read More »

“TEKNOFEST Azərbaycan”da qalib gəlmiş gənclərlə görüş keçirilib

Bu gün “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında qalib gəlmiş gənclərlə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə bildirilib ki, Bakıda ilk dəfə keçirilən festivalda iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur: ““Bir millət, iki dövlət, tək festival” şüarı ilə baş tutmuş tədbir bir çox tarixi məqamlarla yadda qalıb. …

Read More »

Azərbaycanla Moldova ixrac sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spînu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, M.Cabbarov bu barədə məlumatı feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spînu ilə görüş faydalı keçib: “İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı …

Read More »

AMEA-nın İnstitut direktoru: “Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm”

“AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın”. Boyukmillet.com xəbər verir ki, bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib. O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: “Onun 36 …

Read More »

Zakir Quliyev: “Taxtakörpü su anbarı olmasaydı, insanlar içməli suyu evlərinə qablarla daşıyardı”

“Taxtakörpü su anbarı ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt ölkəmizin şimal zonasının su təminatı ilə yanaşı, Sumqayıt, Bakı və Abşeron yarımadasının da suya olan tələbatının ödənilməsində mühüm rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev Şabran rayonunda Su təsərrüfatı meliorasiya işçiləri günü münasibətilə keçirilən mediaturda jurnalistlərə bildirib. O, Taxtakörpü …

Read More »

DİN Yardımlı sakininin şöbədə fiziki işgəncələr nəticəsində öldüyü iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Yardımlı rayon sakininin Rayon Polis Şöbəsində fiziki işgəncələr nəticəsində öldüyü iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassızdır. “Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürək tutmasından vəfat edib. Ölüm …

Read More »

Vitse-prezident: “TEKNOFEST Azərbaycan” festivalı bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi”

“TEKNOFEST Azərbaycan” festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim …

Read More »

Azərbaycan mədəniyyət nazirinin müavini Gürcüstana gedib

Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nazir müavini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ilə birgə Tbilisidə Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək xatirəsini ehtiramla anıb. S.Məmmədəliyeva bu gün Tbilisi Dövlət İncəsənət Akademiyasında Azərbaycan səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti …

Read More »

“TEKNOFEST”in Azərbaycan cəmiyyətinə ismarışları – ŞƏRH

Qüdrətli dövlətin güclü iqtisadiyyatı olur. Güclü iqtisadiyyatın arxasında müasir texnologiya durur. Müasir texnologiyaya malik olan dövlətin müstəqil iqtisadiyyatı, siyasəti olar. Deməli, müstəqilliyi şərtləndirən əsas amillərdən biri müasir texnologiyadır. Mayın 26-29-da Bakı “TEKNOFEST Azərbaycan” festivalına ev sahibliyi edib. “TEKNOFEST” – Aviasiya, Kosmos və Texnologiya Festivalı 2018-ci ildən Türkiyədə keçirilir. Bu texnologiya festivalı ölkədən kənarda ilk dəfə Azərbaycanda reallaşdı. Festivalda 4 gün …

Read More »

Yasamal polisi əməliyyat keçirib, 45 nəfər saxlanılıb, 30 kq narkotik götürülüb

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən may ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 45 nəfər tutulub. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən …

Read More »