Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib. Boyukmillet.com xəbər verir ki, F.Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib: “Mərhum bu gün Badamdar qəbiristanlığında torpağa tapşırılacaq”.
Read More »Yearly Archives: 2022
Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüşüb. Boyukmillet.com xəbər verir ki, Assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergi ödəyicilərini təmsil edir. Görüşdə sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçıların fərdi şəkildə elektron ticarət vasitəsilə mal idxalının bu sektorda …
Read More »“Azərişıq” Füzuli və Ağdamla bağlı 18 milyon manatlıq 2 tenderə yekun vurub
“Azərişıq” ASC Füzulidə Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, iki dövrəli kabel xəttinin çəkilməsi (1), eləcə də Ağdamda Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və iki dövrəli kabel xəttinin çəkilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və “Smart Energy Services” MMC-lərdir. Qalib şirkətlərə 6,612 milyon manat və …
Read More »AFFA-nın baş katibi Tovuz və Gəncədə olub
AFFA-nın baş katibi Sərxan Hacıyev Qərb zonasında səfərdə olub. Boyukmillet.com xəbər verir ki, Hacıyev “Turan Tovuz” Futbol Akademiyasına baş çəkərək, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb. O, həmçinin AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalına qatılıb. Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə …
Read More »ABŞ-ın Sanni Ayls Biç şəhərində mayın 28-i “Azərbaycanın Müstəqillik Günü” elan olunub
ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib. Tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Cəmiyyət rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, …
Read More »Volodimir Zelenski: “Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”
“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. “Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyin bahasına olmasıdır”, – o söyləyib. V.Zelenski həmçinin Avropa İttifaqını tənqid edib: “Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha …
Read More »Şahmatçı Rauf Məmmədov 30 taxtada seans verib
28 may – Müstəqillik Günü münasibətilə 3 qat Avropa çempionu, beynəlxalq qrossmeyster Rauf Məmmədovun iştirakı ilə 30 taxtada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) şahmat ixtisasçıları ilə seans keçirilib. Boyukmillet.com xəbər verir ki, ADBTİA-nın Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə akademiyanın rektoru Fuad Hacıyev yarış iştirakçılarını salamlayıb, müstəqillik tarixi haqqında qısa məlumat verib və iştirakçılara …
Read More »“Rusiya-Azərbaycan sərhədinin qeydiyyatı başa çatmayıb” – Rus ordu generalı
“Rusiyanın Azərbaycanla dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər hələ başa çatmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, Sərhəd Mühafizə Xidmətinin rəisi, ordu generalı Vladimir Kulişov deyib. O bildirib ki, Rusiyanın heç bir qonşu dövlətə ərazi iddiası yoxdur: “Rusiya beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normaları əsasında dövlət sərhədinin …
Read More »Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək. Boyukmillet.com-un məlumatına görə, final oyununda son çempion “Qarabağ”la bürünc mükafatçı “Zirə” üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. “Qartallar” “köhlən atlar”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir. Yarışın 30 illik tarixində …
Read More »Britaniya kəşfiyyatı: “Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir”
Rusiya quru qoşunları Severodonetsk və Lisiçanskı mühasirəyə almaq cəhdlərini davam etdirir və bu yaxınlarda Popasnanın şimal-qərbində bir neçə kəndi ələ keçirib. Rusiyanın Severodonetski mühasirəyə salmaq cəhdərinə baxmayaraq, Ukrayna bir çox müdafiə sektorlarına nəzarəti əlində saxlayır və Rusiyanın Donbasa tam nəzarət etməsinə imkan vermir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb. “Rusiyanın Cənub Qoşun Qrupunun qarşısında, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar