Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların növbəti sınaq uçuşları keçirilir. “Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı baş tutacaq. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir. Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – nazirlikdən qeyd olunub. Xatırladaq ki, sınaq uçuşları mayın 23-dən …

Read More »

İranda qırıcı qəzaya uğrayıb, ölənlər var

İranın İsfahan əyalətində F-7 qırıcı təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində təyyarənin hər iki pilotu ölüb. Ölənlər mayor və baş leytenantdır. Qeyd edək ki, Çin istehsalı olan F-7 çoxməqsədli qırıcısı SSRİ-nin MiQ-21 təyyarəsinin surətindən ibarətdir. Hazırda bu təyyarə əsasən üçüncü dünya ölkələrinin inventarındadır.

Read More »

DİN Müsəlman Birliyi Hərəkatının üzvlərinin təzyiqlərə məruz qalması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Müsəlman Birliyi Hərəkatının üzvlərinin təzyiqlərə məruz qalması iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”a verdiyi məlumata görə, qeyd edilən iddialar tamamilə əsassız və yalandır: “Müsəlman Birliyi Hərəkatının iki üzvü Mail Kərimov və Süleyman Ələkbərov bildiriblər ki, mayın 20-də Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşdıqlarına görə polis tərəfindən saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə …

Read More »

Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir. Boyukmillet.com xəbər verir ki, beynəlxalq forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Azərbaycanın kənd təsərrüfatı naziri …

Read More »

“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb

Mayın 23-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb.Boyukmillet.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin təmsilçiləri, hakimlər, sahibkarlar, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının …

Read More »

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar. Yəni komissiyada Ermənistan xarici işlər …

Read More »

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub. Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Read More »

İlham Əliyev Ermənistanla danışıqlar üçün BÖYÜK KOMİSSİYA YARATDI – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılır: Komissiyanın sədri Şahin Mustafayev – Baş nazirin müavini Komissiyanın üzvləri Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini Xarici işlər nazirinin müavini Daxili işlər …

Read More »

Azərbaycan-Qazaxıstan münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakıda Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, səfirlər və diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər. Tədbiri açıq elan edən Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında …

Read More »

Azərbaycan və Özbəkistan arasında birbaşa aviareyslərin sayı artırıla bilər

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistanın Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında bu gün keçirilmiş görüşdə müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, görüş Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində baş tutub. F.Nağıyev Ə.Abduxakimova …

Read More »