Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Rusiya Danimarka səfirliyinin əməkdaşlarını ölkədən çıxarır

Rusiya Danimarka səfirliyinin 7 əməkdaşını arzuolunmaz şəxs elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib. XİN-in açıqlamasına görə, Danimarka səfiri Karsten Sönderqord nazirliyə dəvət olunaraq Rusiyanın Danimarkadakı səfirliyinin 15 əməkdaşının, həmçinin Rusiyanın Kopenhagendəki ticarət nümayəndəsinin ölkədən çıxarılmasına, habelə Danimarkanın Ukraynaya hərbi yardım göstərməsinə qəti etiraz bildirilib. Bunlara cavab olaraq Danimarka səfirliyinin 7 əməkdaşının Rusiyanı 2 gün ərzində …

Read More »

Azərbaycanın tanınmış politoloqunun səhhətində problem yaranıb

Azərbaycanın tanınmış politoloqu, professor Qabil Hüseynlinin səhhətində ciddi problemlər yaranıb. Boyukmillet.com xəbər verir ki, təxminən bir müddət əvvəl tənginəfəslik problemi yaşadığından xəstəxana şəraitində müalicə alıb. “10 günlük müalicə müddətindən sonra səhhətimdə irəliləyişlər oldu. Çox şükür özümü əvvəlki kimi olmasa da, nisbətən yaxşı hiss edirəm. Səsim də batmışdı, artıq o da qaydasına düşür. Müəyyən qədər də öskürürdüm. Baxmayaraq ki, hər zaman …

Read More »

Naxçıvanda şagirdlərin geyim formalarının yeni təsvirləri təsdiqlənib

Naxçıvanın dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının yeni təsvirləri təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu təsvirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədəki dövlət məktəblərində şagirdlər üçün təsdiq etdiyi geyim formalarının təsvirləri ilə fərqlidir. Belə ki, təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq. Liseylərin geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və …

Read More »

Ceyhun Bayramov Yaponiya XİN başçısının müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Qeyd olunub ki, nazir Yaponiya nümayəndə heyətini salamlayaraq bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğuladı və Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini …

Read More »

Ermənistan TŞ-nın katibi: “İlham Əliyev və Nikol Paşinyan arasında görüşün mümkünlüyü müzakirə olunur”

“Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsi müzakirə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Brüsseldə keçirdiyi görüşlə bağlı sualı cavablandırarkən deyib. “Ermənistanın həll etməli olduğu bəzi məsələlər var. Biz suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər başlayacaq. Həmçinin Ermənistan Baş …

Read More »

FED-nin faiz qərarının Azərbaycana TƏSİRİ: “Ölkədəki inflyasiya səviyyəsi arta bilər” – İQTİSADÇI

ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilib. Ötən gün isə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 – 1%-ə çatdırıb. Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc öz …

Read More »

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin …

Read More »

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, festival Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir. Dünyanın müxtəlif ölkələrinin kulinarlarını bir araya gətirən tədbirin məqsədi Şuşanın qədimliyini, gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirməkdir. Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə …

Read More »

BQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı açıqlama

“Münaqişə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistanda baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda tərəflərdə Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur: “Lakin 2020-ci ildə baş verən münaqişə zəmində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr …

Read More »

İrandan Azərbaycana narkotik keçirən şəxslər əmrə tabe olmayıb, saxlanılanlar var

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb, saxlanılanlar var. Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin …

Read More »