Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Yasəmən Möhübbətqızı:”Dünya azərbaycanlıları, bayramınız mübarək!”

Boyukmillet.com xəbər verir ki, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı öz facebook səyfəsində Dünya Azərbaycanlılarını Ramazan bayramı münasibətilə təbrik edib. Boyukmillet.com həmin təbriki təqdim edir: “Bu səhər ,11 ayın sultanı müqəddəs Ramazan ayının son günüdür.Dünya müsəlmanları bayram axşamını qeyd edəcək,bir-birilərini müjdələyəcəklər!Tanrı dünya müsəlmanlarının-türklərinin əmniyyətini davamlı etsin,düşmənlərinə aman verməsin! İnsanlıq hörmətinə bir-birimizə qarşı ədəb-ərkan,hörmət və izzətlə davranaq!Kimsəni davranışlarımızla aşağılamayaq,ailədə,kollektivdə …

Read More »

Vüqar Rəhimzadə: “Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi”

“Prezident İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi”. Bunu “Report”a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, hər bir beynəlxalq səviyyəli tədbir onun təşəbbüskarı olan və ev sahibliyi edən ölkənin malik olduğu imkanların, hazırkı dövrdə hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır: “İstər 44 günlük İkinci …

Read More »

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun barelyefinin və xatirə lövhəsinin açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, xatirə lövhəsi və baralyef şəhidin yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində ünvanda doğum günündə istifadəyə verilib. Mərasimdə M.İbrahimovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və iş yoldaşları iştirak ediblər. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov tədbirdə …

Read More »

Türkiyə ordusu Suriyanın şimalında 19 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 19 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. PKK/YPG-nin 16 silahlısı “Zeytun budağı”, qalanları isə “Barış Pinarı” antiterror əməliyyatı zonasında məhv edilib. Milli Müdafiə Nazirliyi Türkiyə ordusunun bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Read More »

Laçında döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması müzakirə olunub

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Laçında dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili ilə …

Read More »

Jurnalistlərin özünüsenzurasından və qoyulan STOP-lardan doğan reallıqlar…

Sosial şəbəkələrin inkişafının jurnalistlərin fəaliyyəti üçün bir sıra əlverişli imkanlar yaratmaqla yanaşı, onlarda özünüsenzuranın formalaşmasında da mühüm rol oynayır. Bir sözlə, oxucu ilə jurnalistin arasında yaranan birbaşa təmas imkanları bizi bəzi mövzulara toxunmaqla bağlı gözüqıpıq edib. Söhbət heç də İlham Əliyevin siyasətini birbaşa tənqid etmək kimi jurnalist cəsarətindən getmir. Adi sosial mövzulardan doğan narazılıqları, hansısa orta ranqlı məmurun tənqidini, bəzi …

Read More »

DİM bu gün 19 mindən çox şagird üçün buraxılış imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində …

Read More »

Kəlbəcər istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bu barədə “Boyukmillet.com” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More »

Azərbaycan gimnastları Polşada iki medal qazanıb

Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada keçirilmiş beynəlxalq “XIV Inna Cup” turnirində iki medal qazanıb. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub. İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.

Read More »