Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı verilmiş tapşırıqları qeyd edərək, bu tapşırıqların növbəti …

Read More »

Əli Hüseynli: “ATƏT-in Minsk qrupu siyasi prosesləri düzgün dəyərləndirə bilməyən formal bir qurumdur” – MÜSAHİBƏ

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi – Azərbaycanın tarixi qələbəsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar bu məsələ ilə bilavasitə və ya dolayısı ilə bağlı olan bütün sahələrdə yeni istiqamətlərin formalaşmasını şərtləndirib ki, bunlardan da ən əhəmiyyətlisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədardır. Bu vəziyyət …

Read More »

İranda 900 ton narkotik maddə müsadirə olunub

Ötən il İranda 900 ton narkotik maddə müsadirə olunub. APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Baş Polis İdarəsinin rəis müavini, general Qasim Rzayi deyib. O bildirib ki, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək narkotik qaçaqmalçılığına qarşı mübarizədə çox sayda polis yaralanıb və ölüb. Generalın sözlərinə görə, İran narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün sərhədlərini möhkəmləndirib.

Read More »

Məleykə Abbaszadə: “Özüm də DİM-in “Facebook” səhifəsini izləyirəm”

“Mən özüm də bizim “Facebook” səhifəmizi izləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib. Məleykə Abbaszadə bildirib ki, DİM bütün müraciətləri diqqətdə saxlayır. “Əmin ola bilərsiniz ki, sizin nəticələriniz tam ədalətli şəkildə yoxlanılır”, – Məleykə Abbaszadə vurğulayıb.

Read More »

Məleykə Abbaszadə: “Abituriyentlər imtahana gizli nəsə keçirməyi qoçaqlıq hesab edir”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının eyni gündə keçirilməməsinin səbəbini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, DİM sədri XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib ki, buraxılış imtahanları ən kütləvi imtahanlardır və bu imtahanlar bir gündə keçirilsə, ictimai təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. “İmtahanlar pandemiya şəraitində keçirilirdi və bizə müəyyən tələblər qoyulmuşdu. Müəyyən vaxtlar var …

Read More »

Ankara tədbir görür

Türkiyə vətəndaşlığını almaq istəyənlərin sayı artıbTəkcə ukraynalılar deyil, rus iş adamları da Türkiyədə daimi məskunlaşmaq istəyir Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.Müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Vətəndaşlıq müraciəti üçün 400 min dollar və ya ekvivalent xarici …

Read More »

Azərbaycanda pandemiya dövründə quralşdırılan karantin postları sökülür

Azərbaycanda pandemiya dövründə quralşdırılan karantin postları sökülür. Boyukmillet.com xəbər verir ki, Bakı şəhərinin giriş-çıxışında qoyulan postlar artıq sökülməyə başlanılıb. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı: “Həmin postlar daimi olmadığı üçün sökülə bilər”. Qeyd edək ki, Azərbaycanda …

Read More »

Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində məşğələlər keçirilib

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib. Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib. Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat …

Read More »

Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq …

Read More »