Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

MSK-ya hesabat təqdim edən partiyaların sayı 24-ə çatıb

Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, indiyədək qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib. Bunlar aşağıdakılardır: Yeni Azərbaycan Partiyası Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Ümid Partiyası Müsavat Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Cəbhə Partiyası (MCP) “Milli Vəhdət” Partiyası Böyük Azərbaycan Partiyası …

Read More »

Son sutkada Ukrayna Rusiyanın 12 hava hədəfini məhv edib, general-leytenantını öldürüb

Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qoşunlarına zərbə endirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib. Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib: “Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir …

Read More »

DİN: “Polis bayramda gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək”

“Polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək”. Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb: “Əmrə əsasən, polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimindəki xidmətini davam …

Read More »

Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb. “Boyukmillet.com”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Elnur Dadaş oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin ikinci daraq sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Braziliyada teleqramın fəaliyyətinə qadağa qoyulub

Braziliya Ali Məhkəməsi ölkədə teleqram proqramının bloklanmasına qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb. Sosial şəbəkə messencerinin bağlanmasına səbəb Braziliya qanunlarına məhəl qoymaması və ölkədə nümayəndə təyin etmədən fəaliyyət göstərməsidir. Məhkəmə bütün internet provayderlərinə teleqramın işini bloklamağı əmr edib. Məhkəmənin qərarına əməl etmədiklərinə görə onları 100 min real (20 min ABŞ dolları) cərimə gözləyir.

Read More »

BMT: Ukraynada humanitar dəhlizlərlə bağlı danışıqlarda irəliləyiş var

BMT Ukraynada təxliyə dəhlizləri və humanitar yardımın çatdırılması marşrutları üzrə danışıqlarda irəliləyiş olduğunu qeyd edir. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib. “Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndiririk. Konkret humanitar məsələlər, o cümlədən dəhlizlər və təchizat marşrutları üzrə müzakirələrdə irəliləyiş var. Əsasən köməyə ən çox ehtiyacı olan bölgələrə doğru irəliləyirik”, – Düjarrik …

Read More »

Avstriyada qapalı məkanlarda məcburi tibbi maska tələbi yenidən tətbiq edilir

Avstriyada gələn həftə məcburi maska ​​rejimi koronavirusun yayılması ilə əlaqədar yenidən tətbiq olunacaq. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yohannes Rauç bildirib. Belə ki, Avstriyada martın ortalarında hər gün 50 mindən çox yeni koronavirusa yoluxma halı qeydə alınmağa başlayıb. Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyinin bütün qapalı yerlərdə maska tələbi ilə müvafiq qərarı gələn həftənin ortalarında …

Read More »

Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. “Boyukmillet.com”un məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında 23 xalla 5-ci pillədə qərarlaşan “Sabah” 11 xalla autsayder olan “Səbail”i qəbul edəcək. “Bank Respublika Arena”dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu matçlarda hər iki kollektiv …

Read More »

Aİ Türkiyənin Ukrayna və Rusiya arasında dialoq səylərini alqışlayıb

“Avropa Komissiyası rəsmi Ankaranın Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün diplomatik səylərini alqışlayır. NATO üzvü kimi Türkiyə bu məsələdə xüsusi rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bunları Avropa İttifaqı nəzdindəki Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sözçüsü, Avropa Komissiyasının nümayəndəsi Piter Stano Türkiyə və Fars körfəzi ölkələrinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı mövqeyini şərh edərkən …

Read More »

Ronaldunun “Mançester Yunayted”lə bağlı gələcək planları məlum olub

İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Kriştianu Ronaldu komandanı tərk etmək fikrində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Nəşrin məlumatına görə, komanda mövsümün sonunda Çempionlar Liqası zonasına düşə bilməsə də, hücumçu klubda qalmaq istəyir. Eyni zamanda, Avropanın top klubları arasında portuqalı oyunçuya tələbat yoxdur, çünki futbolçunun maaş tələblərini çox az klub ödəyə bilir. Qeyd edək ki, …

Read More »