Bakıda və Abşeron yarımadasında martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Azərbaycanın rayonlarında martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi …
Read More »Yearly Archives: 2022
Kamran Əliyev rayon prokurorunu vəzifəsindən azad edib
Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorunu işdən çıxarıb. Boyukmillet.com xəbər verir ki, K.Əliyevin müvafiq əmri ilə Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədər vəzifəsindən azad olunub. Məlumata görə, hələlik bu vəzifəyə yeni təyinat olmayıb. Qeyd edək ki, 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edən edən F.Nemətli əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokurorluğu …
Read More »Ceyhun Bayramov Çanaqqala Zəfəri ilə bağlı paylaşım edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala Zəfərinin 107-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, XİN başçısı tviter hesabında yazıb: “Qardaş Türkiyənin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür. Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkü, onun silahdaşlarını dərin hörmətlə anır, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik”. Qardaş #Türkiye|nin tarixinə qızıl hərflərlə …
Read More »İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram. Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən …
Read More »Azərbaycan lideri: “İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir”
“Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir”. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində əksini tapıb. “İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi …
Read More »Ukraynalı general: “Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb”
Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Oleksandr Qruzeviç məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Kiyevi ələ keçirməkdə iki başlıca hədəfi var: “Onlar bir zərbə ilə ölkəni başsız qoyub sonra şərtlərini diktə etmək istəyirdi. Ancaq …
Read More »Baş Qərargah rəisi Quru Qoşunlarında olub
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gəlib, hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə baş çəkib. “Komando hazırlığı” kursunda iştirak edən kursantların sosial-məişət şəraiti və …
Read More »Sabir Rüstəmxanlıya fəxri doktor adı verildi – FOTO
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı fəxri doktor adına layiq görülüb.Boyukmillet.com xəbər verir ki, fəxri doktor diplomu bu gün İnstitutun Elmi Şurasında direktor Teymur Kərimli tərəfindən təqdim edilib.Bildirilib ki, bu qərar S. Rüstəmxanlının elmin inkişafına və İnstitutun fəaliyyətinə göstərdiyi yardımlara görə qəbul olunub. Sonra Xalq şairi İnstitutun sərgi salonunda təşkil …
Read More »Ağcabədiyə yeni prokuror təyin edilib
Ağcabədi rayonuna yeni prokuror təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib. Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.
Read More »Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub
Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Lvovun meri Andriy Sadovı bildirib. O raket atəşinə tutulan ünvanları dəqiq deyə bilməyəcəyini vurğulayıb. Mer əlavə edib ki, hava limanının atəşə tutulmadığını isə dəqiq bilir. Raket atəşi nəticəsində itkilər və dəyən ziyan dəqiqləşdirilir. Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar