Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ukrayna vətəndaşı olan soydaşlarımız Azərbaycanda qaçqın statusu ala bilər

Ukraynada davam edən müharibə səbəbindən 3 milyondan çox insan bu ölkəni tərk etməyə məcbur qalıb. Onların arasında Ukrayna vətəndaşlığını daşıyan yerli sakinlərlə yanaşı müxtəlif millətlərin nümayəndələri də var. Son 21 gün ərzində qaçqın düşən milyonlarla Ukrayna vətəndaşı daha çox Avropa və Qərb ölkələrinə sığınıb. Azərbaycana gəlincə, Dövlət Miqrasiya Xidməti bir müddət öncə Ukrayna vətəndaşları tərəfindən qaçqın statusu almaq üçün ölkəmizə müraciət daxil olmadığını açıqlamışdı. …

Read More »

Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Marneuli rayon şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsidnə 1977-ci il təvəllüdlü V.V. adlı şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Həmin şəxs soyğunçuluq törətdiyinə görə 2002-ci ildən axtarışda olub. O, Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində məhkum kimi həbs edilib və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Read More »

AFFA-ya yeni baş katib təyin olunub

AFFA-nın baş katibi dəyişib. Boyukmillet.com-un məlumatına görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib. AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub. O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Read More »

Erməni muzdluları Ukraynaya qarşı döyüşmək üçün Putinə müraciət edib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək istəyirlər. Boyukmillet.com Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşması bunun üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Nəşrin məlumatına görə, dəstə başçısı Xaçik Asryan müvafiq məktubu Moskvanın …

Read More »

Azərbaycanda yeraltı anbarlarda 104 kq narkotik gizlədən narkotacirlər saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib, xüsusi olaraq hazırlanan yeraltı anbarlarda 104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son 15 gün ərzində keçirdiyi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 38 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 104 kiloqramdan …

Read More »

Bərdə şəhər uşaq baxçasında Novruz şənliyi keçirilib

Bərdə şəhər 10 saylı uşaq bağçasında bu gün 2-ci Qarabağ Müharibəsi qazilərinin də iştirak etdiyi Novruz şənliyi keçirilib. Boyukmillet.com xəbər verir ki, bağça müdirəsi Leyla Məmmədova tədbirə bu sözlərlə başlayıb: “Biz müəllim olaraq hər zaman fidanlarımızı vətənpərvər ruhda böyütməli, bütün fəaliyyətlərimizdə vətənpərvərliyi körpələrimizə aşılamalıyıq”. Körpələrimizin işıqlı sabaha yetişməsində mühüm rol oynayan məktəbəqədər müəssisələrin əhəmiyyətli rolundan bəhs açan uşaq bağçasının müdirəsi …

Read More »

Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri hədələyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırıb. “Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır”, – XİN rəsmisi deyib. M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun …

Read More »

Meksikanın Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılıb

15 mart tarixində Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqurasiyası mərasimi keçirilib. Azərbaycanın Meksikadakı Səfirliyindən  verilən məlumata görə, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin Beynəlxalq Əlaqələr Komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov, digər …

Read More »

Ermənistan ordusunun əsgəri güllə yarasından ölüb

Ermənistan ordusunun əsgəri, 2002-ci il təvəllüdlü Levon Siroyan güllə yarasından ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə martın 16-da ölkənin cənub-şərq sərhədləri istiqamətində baş verib. Əsgərin ölümünün səbəbi araşdırılır.

Read More »