“Vyanada nüvə sazişinin bərpasına dair danışıqlarda ayrı-ayrı müsbət irəliləyişlər müşahidə olunur, lakin hələlik nəticələr Tehranın gözləntilərini doğrultmur”. Boyukmillet.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellə telefon danışığı zamanı deyib. Diplomatın sözlərinə görə, dialoq indi mühüm mərhələyə çatıb: “Danışıqların əvvəlki raundundan sonra müəyyən müsbət irəliləyişlər oldu, …
Read More »Yearly Archives: 2022
Abşeronda 21 yaşlı gənc qızı avtomobil vurub
Abşeron rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Həsənova Şəhanə İsmixan qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ incik sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »“Milan” “İnter”i məğlub edib
Futbol üzrə İtaliya A Seriyasında XXIV turun mərkəzi görüşü “İnter” və “Milan” komandaları arasında keçirilib. Boyukmillet.com xəbər verir ki, “San Siro” stadionunda təşkil olunmuş görüş nominal qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. “Milan”ın qollarını 75-ci və 78-ci dəqiqələrdə Olivye Jiru vurub. “İnter”dən isə 38-ci dəqiqədə İvan Perişiç fərqlənib. Bu, tarixdə 230-cu Milan derbisi olub. Qarşılaşmaların 78-də “Milan”, 84-də “İnter” qələbə …
Read More »“Azərbaycan Prezidenti Ermənistanı və havadarlarını fakt qarşısında qoyub”
“Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev, Prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Baş nazir Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş və ardınca Avropa İttifaqının bəyanatı siyasi proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etdiyini açıq formada göstərir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, bəyanatda ümumiyyətlə, Qarabağ ifadəsi yoxdur və tərəf …
Read More »Ekspert: “Avropa liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər”
“Avropa ölkələrinin liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər. Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü də buna sübutdur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkobildirib. “Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası prezidenti arasında dünən baş tutan görüşdə ATƏT-in Minsk Qrupunun xatırlanmaması mövcud reallıqların əks …
Read More »Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. “Report” bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə …
Read More »Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib
Koronavirusun “omikron” ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb. Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur. Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun “omikron” ştamına yoluxublar. Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.
Read More »Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyada daha 14 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat Suriyanın şimalında iki əməliyyat zonasında aparılıb. Suriya ərazisində cinayətkar təşkilatlara qarşı aktiv mübarizə davam edir.
Read More »Türkiyəli ekspert: “Azərbaycanın enerji sahəsində təşəbbüskar mövqeyi var”
“Avropanın neft və qaz tədarükünü strateji cəhətdən şaxələndirmək və bununla da Rusiyadan asıllığını azaltmaq məqsədilə hazırlanmış “Cənub Enerji Dəhlizi” konsepsiyası 1990-cı illərin sonlarına təsadüf edib. Bu dəhlizin yaradılmasında əsas məqsəd Xəzər və Mərkəzi Asiya regionlarından neft-qazı Avropaya idxal etməkdir” Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyədən olan ekspert, iqtisad elmləri doktoru Rahmi İncekara bildirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət …
Read More »Komitə sədri: “Cənub Qaz Dəhlizinin gücü 30 mlrd kubmetrə çatdırıla bilər”
“Hazırda dünya enerji keçidi mərhələsini yaşamaqdadır. Bu mərhələdə düzgün planlaşdırma, etibarlı əməkdaşlıq, məsuliyyətli liderlik ciddi rol oynayır. Bu baxımdan Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası və bu iclasda Prezident İlham Əliyevin ətraflı çıxışı Azərbaycanın dünyanın enerji siyasətində mühüm yer tutmasından, gələcəkdə də yeni enerji transformasiyalarında aparıcı rol oynayacağından xəbər verir”. Bunu “Report”a açıqlamasında ötən gün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar