Sabahdan “Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək. Boyukmillet.com xəbər verir ki, bu, “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir. Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək …
Read More »Yearly Archives: 2022
ABŞ Konqresinin İşçi Qrupu 20 Yanvar faciəsinin ildönümü münasibətilə bəyanat verib
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) 20 yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanatla çıxış edib. Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan “Qara Yanvar” qətllərinin 32-ci ildönümünü andığını bildirib. Konqres üzvü 32 …
Read More »Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ölkəsinə səfərə dəvət edib. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Türkiyə lideri bildirib ki, rusiyalı həmkarından cavab gözləyir. “Putinkə təkbətək görüşmək, bəzi addımlar atmaq istəyirik. Arzumuz böhranı (Ukrayna məsələsi-red) dialoq və diplomatiya yolu ilə həll etməkdir”, – Ərdoğan qeyd edib.
Read More »Yevlax Gənclər Evində qazilərlə görüş keçirilib
Bu gün mərkəzimizdə Vətən müharibəsi qaziləri Baxşəliyev Emin və Qnyazov Emin ilə “Qazilərin keçdiyi döyüş yolu və onunla bağlı xatirələr” adlı görüş keçirildi. Boyukmillet.com xəbər verir ki, görüş zamanı #qazilərimiz müharibə xatirələrini bölüşərək torpaqlarımızın işğaldan azad olunması, cəbhə yoldaşlarının döyüş meydanındakı şücaəti və qəhrəmanlığı haqqında danışıblar. Qeyd edək ki, qazi Baxşəliyev Emin 70 gün erməni əsirliyində olmuş, qazi Qnyazov Emin …
Read More »Nazir müavini: “Ukrayna ordusu döyüşə Almaniya ordusundan daha hazırlıqlıdır”
“Almaniya bu gün Ukraynaya silah göndərməyə hazır olmasa belə, hərbi-siyasi dialoqun bərqərar olması üçün Normandiya formatı çərçivəsində çox böyük səy göstərir”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna müdafiə nazirinin müavini Oleksandr Polişuk Almaniyanın ölkəsinə hərbi sursat satışından imtina etməsinə münasibət bildirərkən deyib. “Biz hazırda bir sıra məşvərətlər aparırıq. Ona görə də fikrimcə, bu, təkamül prosesidir. Almaniya Ukraynaya silah və hərbi …
Read More »20 yanvar ümumxalq hüzün günü münasibəti ilə sərgi keçirilib-VİDEO
Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsolluğunun təşkilatçılığı ilə 20 yanvar ümumxalq hüzün günü münasibəti ilə, fotosərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, Xarkov şəhərində baş tutan fotosərgi 5 gün davam edib. Xarkov ictimaəti tərəfindən sərgi böyük maraq və izdihamla qarşılanıb. https://www.youtube.com/watch?v=dgU8idY8rR4&feature=youtu.be Ayna Fərhad
Read More »DİN məktəblərdə “patı” satışı barədə iddialara cavab verib
“Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki məktəbdə “patı” var, “patı” satırlar. Polis münəccimlik etməlidir? Faktsız olan bütün iddialar əsassızdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. “Məktəbi, təhsili, müəllimi qorumaq hər bir vətəndaşın təməl vəzifəsidir”, – DİN rəsmisi əlavə edib.
Read More »QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində görüş keçirib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, Agentlik rəsmiləri Türkiyə Daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə görüş keçirilib. Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd …
Read More »Azay Quliyev seçicilərilə növbəti görüş keçirib
Bu gün deputat Azay Quliyev Binəqədi Gənclər Evində seçiciləri ilə növbəti görüşünü keçirib. Boyukmillet.com xəbər verir ki, seçicilər əfv, məşğulluq və onları narahat edən digər problemləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər. Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı …
Read More »Azərbaycan Ombudsmanı ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib. Boyukmillet.com xəbər verir ki, Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki əhalinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar