Bakalavriat səviyyəsi üzrə 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib. Boyukmillet.com xəbər verir ki, onlardan 23 min 919-u I qrup üzrə, 19 min 41-i II qrup üzrə, 24 min 414-ü III qrup üzrə, 6 966-sı IV qrup üzrə, 16 min 517-si isə V qrup üzrə seçim edib. Həmçinin I qrupda 22 min 209 nəfər …
Read More »Monthly Archives: Avqust 2025
Dumanın keçmiş deputatı Hacıyev milyonlarla dollar müqabilində məxfi məlumatları Qərbə ötürüb
Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev məxfi məlumatları açıqladığına görə ABŞ hökumət strukturlarından ən azı 45 milyon dollar alıb və bu, ABŞ hökumətinin Dövlət Səmərəliliyi Departamenti tərəfindən aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş Prokurorluğundakı mənbə bildirib. Nəzarət qurumunun məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra M.Hacıyev xaricə gedərək ona xarici vətəndaşlığın verilməsi müqabilində Qərbin xüsusi …
Read More »Londondan Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib
London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “Nomad Aviation AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb. Boyukmillet.com bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. Bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş …
Read More »Müharibə başlayandan bu günədək 100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır. Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min …
Read More »Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsi barədə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rütte arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib. Tərəflər Ukrayna ilə Rusiya arasında danışıqlar prosesindəki son vəziyyəti müzakirə ediblər. Ərdoğan və baş katib Türkiyənin Ukraynadakı sülh prosesində və Qara dənizin təhlükəsizliyində həlledici roluna toxunublar. Onlar, həmçinin davamlı təhlükəsizlik təminatları haqqında fikir mübadiləsi aparıblar.
Read More »Şanxayda həkimlər başı bədənindən demək olar ki, qopmuş xəstənin həyatını xilas ediblər
Şanxayda həkimlər istehsalat zədəsi səbəbindən başı bədənindən demək olar ki, qopmuş adamın həyatını xilas ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Qeyd olunub ki, şəhər sakini robot qolu ilə boyun nahiyəsindən aldığı zərbə nəticəsində xəsarət alıb. Həkimlər ona boyun fəqərələrinin “baş və bədənin ayrılmasına” bənzər ciddi yerdəyişməsi, sinir və qan strukturlarının qopması, həmçinin onurğa …
Read More »Qırğızıstanda ətin bahalaşmasına səbəb olan nazir müavini korrupsiyaya görə həbs edilib
Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini korrupsiyada şübhəli bilinərək ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. Nazir müavini və nazirliyin baytarlıq xidmətinin direktoru kənd təsərrüfatı heyvanlarının ixracına kvotaların verilməsində korrupsiya sxemi təşkil etdiklərinə görə saxlanılıblar. Şübhəlilərin adları istintaqın maraqları baxımından açıqlanmır. Qeyd olunub …
Read More »Rusiyada deputatlar miqrant uşaqların ölkəyə girişinin məhdudlaşdırılmasını təklif ediblər
Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub. Boyukmillet.com xəbər verir ki, müəllifi deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilov olan müvafiq sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib. Onlar yetkinlik yaşına çatmayan xarici vətəndaşların Rusiyaya yalnız qanuni nümayəndələrin və ya notarial qaydada təsdiq edilmiş etibarnaməsi olan digər yetkin …
Read More »ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır
ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, prezident Donald Tramp hazırda çox ayıqdır. Biz silahları avropalılara satırıq, onlar da onları ukraynalılara satırlar və prezident Tramp silahlara 10% əlavə edir, ona görə də ola bilsin ki, 10% hava mühafizəsi xərclərini …
Read More »Tramp Putin-Zelenski görüşünün hazırlanma mərhələsində olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün hazırlanma mərhələsində olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, o, amerikalı jurnalist Mark Levinə müsahibəsində müvafiq bəyanatla çıxış edib. “Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə çox uğurlu görüşüm olub. Düşünürəm ki, vəziyyəti anlamaq üçün mənsiz görüşsələr daha yaxşı olar. Bundan nə çıxacağını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar