Rusiya Knessetdə İsrailin suverenliyinin İordan çayının qərb sahilinə qədər uzadılmasına dair qəbul etdiyi bəyannamənin yerinə yetirilməyəcəyini gözləyir, çünki onun icrası Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə gətirib çıxaracaq. Bu barədə Boyukmillet.com Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazirlik əlavə edib ki, İsrail parlamentarilərinin belə bir addımı Moskvada ən mənfi şəkildə qarşılanır. “O, Fələstin ərazilərinin yekun statusu üzrə danışıqların nəticəsini faktiki olaraq əvvəlcədən müəyyənləşdirir …
Read More »Yearly Archives: 2025
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş 60-dan çox şəxs məhkəmədə ifadə verib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …
Read More »Doktorant və tələbələrə verilən təqaüdlər artırılıb – SƏRƏNCAM
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib: doktorantura səviyyəsi üzrə: – elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat; – fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat; ali təhsil müəssisələrində: magistratura …
Read More »Rusiya Xarkova aviasiya bombaları ilə hücum edib, onlarla insan xəsarət alıb
Rusiya Xarkova iki aviasiya bombası ilə zərbə endirib, bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. “Hazırkı məlumata görə, artıq onlarla yaralı var. Onlara yardım göstərilir. Rusiya şəhərə birbaşa iki aviasiya bombası ilə zərbə endirib. Bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb. …
Read More »Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb
Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb. Boyukmillet.com -un Ərəbistan mediasına istinadən verdiyi məlumata görə, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb. Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir. Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının …
Read More »Küveytin sorğusu üzrə Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edilib
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Muxtar Mustafayev məlumat yayıb. O bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir: “Üç aya yaxındır ki, kolleqam Elçin Usubla ərəb mənşəli Azərbaycan vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək, Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul …
Read More »İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS-dan cavab alıb
İsrail tərəfi Qəzza zolağında atəşkəs danışıqlarının davam etdirilməsi ilə bağlı HƏMAS-ın cavabını üçüncü tərəflərin vasitəçiliyi ilə alıb. Boyukmillet.com “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. “İsrail HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı təklif olunan sazişə yekun cavabı alıb. Hazırda bu cavab diqqətlə öyrənilir”, – məlumatda bildirilib.
Read More »Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb
Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, saat 11:00-dən etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub. Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Nəzərinizə çatdırırıq ki, internetə …
Read More »Neftçalada kişi arvadını evdə, qayınatasını isə parkda bıçaqlayıb
Neftçalada kişi arvadını və qayınatasını bıçaqlayıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona xəsarətlər yetirib. Faktla bağlı araşdırma aparılır.
Read More »Ermənistana təbii qaz təchizatı dayandırılacaq
Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armenia”nın məlumatında bildirilib. “Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd olunub. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar