Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. …

Read More »

Suriya zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə sazişlər imzalayıb

Suriya həcc ziyarəti zamanı suriyalı zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb. Boyukmillet.com Suriya mətbuatına istinadən xəbər verir ki, sənədlər Suriyanın Vəqflər Nazirliyinin Həcc və Ümrə İdarəsi ilə “Türk Hava Yolları” və “Centromo Hava Yolları” arasında imzalanıb. Məlumata görə, müqavilələr zəvvarların Dəməşq Beynəlxalq Hava Limanından Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına, geridönüşdə isə Mədinədəki Şahzadə Məhəmməd …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla …

Read More »

Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, 300 ədəd metadon həbi və 48 ədəd çətənə kolu aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More »

Azərbaycan Prezidenti faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: https://twitter.com/explore?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1920569437381329363%7Ctwgr%5E0d873c800da4c85e7d5d66833297ea93fb19af61%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fazerbaycan-prezidenti-9-may-fasizm-uzerinde-qelebe-gunu-munasibetile-paylasim-edib%2F

Read More »

DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vaqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib.  …

Read More »

AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. “AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı …

Read More »

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib. Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: “Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna …

Read More »

Rusiyada naməlum şəxslər məktəblilərə atəş açıblar

Rusiyanın Buryatiya vilayətində naməlum şəxslər ictimai nəqliyyat dayanacağında məktəblilərə atəş açıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ves Ulan-Ude” Telegram kanalı məlumat yayıb. “Buryatiya kəndlərindən birində məktəblilərə pnevmatik silahdan atəş açılıb. Hadisə Kabansk rayonunun Bryansk kəndində baş verib. Xuliqanlar dayanacaqda duran uşaqlara atəş açıblar”, – məlumatda qeyd olunub. İlkin məlumata görə, atəş açanlar gimnaziyanın iki şagirdi və texnikumun bir tələbəsi …

Read More »

ABŞ Energetika Nazirliyi: Amerika termonüvə bombalarının seriyalı istehsalına başlayır

Birləşmiş Ştatlar mayın sonlarında – qrafikdən təxminən bir il tez ən yeni B61-13 termonüvə aviabombalarının seriyalı istehsalına başlamağı planlaşdırır. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (MNTİ) rəisi səlahiyyətlərini icra edən Tereza Robbins bildirib. “Bundan başqa, MNTİ B61-13 modifikasiyasında ilk seriyalı nümunənin bu ayın sonlarında – planlaşdırılandan təxminən bir il …

Read More »