Qaradağ rayonunda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. …
Read More »Yearly Archives: 2025
Martda ölkənin bəzi yerlərində havanın temperaturu normadan bir qədər yüksək olacaq – AYLIQ PROQNOZ
Bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mart ayının ilk günündə ölkə ərazisində hava şəraitinin yağıntılı və şaxtalı keçəcəyi gözlənilir. Sonrakı günlərdə hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, …
Read More »Azərbaycanda çoxmənzilli binaların liftlərinin dəyişdirilməsinə 10 milyon manata yaxın vəsait ayrılıb
Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.
Read More »Şimali Koreya strateji qanadlı raket buraxıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) strateji qanadlı raket buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Söhbət nüvə çəkindirici qüvvələrin yoxlanılmasına yönəlmiş sınaqlardan gedir. Bildirilib ki, buraxılış Sarı dənizdə baş verib. Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, Şimali Koreya sonuncu dəfə fevralın 26-da raket sınağı keçirib.
Read More »Tramp Ukrayna ərazilərinin qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb
Amerika prezidenti Donald Tramp Rusiya Federasiyasının nəzarətinə keçən ərazilərin Ukraynaya qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb. Boyukmillet.com -un məlumatına görə, bunu ABŞ prezidenti Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Stramerlə görüşündə çıxışı zamanı deyib. “Biz bu haqda danışacağıq, görəcəyik ki, bunun çoxunu Ukraynaya qaytara biləcəyik”, – deyə o bildirib. Bir gün əvvəl Tramp Ağ Evdə öz kabinetinin ilk iclasında …
Read More »Ukraynalı general: Rusiyaya casusluq etməkdə şübhəli bilinən 3 minə yaxın şəxs saxlanılıb
Rusiya xüsusi xidmət orqanlarının və digərlərinin ölkəmizə diqqəti daim dəyişir. Təxribatlar təşkil edirlər. Başa düşürük ki, demarkasiya xəttində və cəbhə xəttində dəqiq fəaliyyət göstərən fəal diversiya qrupları var. Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Milli Polisinin Baş cinayət axtarış departamentinin rəisi, polis generalı Vadim Dzyubinskin bildirib. “Onlarla hərbçilər və polis məşğul olur. Hər şey ofislərdə şkaflarının yandırılması ilə başladı. Əvvəlcə …
Read More »Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir
Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir. Məlumata görə, Xəzər rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov və Səbail rayon sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb. Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib. …
Read More »Abdulla Öcalan PKK-nı silahı yerə qoymağa çağırır
Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdulla Öcalan fevralın 27-də bu silahlı qruplaşmanı tərksilah olmağa və özünü buraxmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə kürdpərəst DEM partiyası mətbuat konfransında Öcalanın bəyanatını səsləndirib. Ədliyyə Nazirliyi partiya təmsilçilərinin Öcalanı həbsdə ziyarət etməsinə icazə verib. Bu, dekabrdan bəri üçüncü ziyarət idi. DEM Öcalanın mesajının video formatda çatdırılmasına ümid edirdi, ancaq hökumət …
Read More »KİV: Türkiyə Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bəyan edib
“Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərməyə hazır olduğunu rəsmi səviyyədə bəyan edib”. Boyukmillet.com xəbər verir ki, bu iddia ilə “Bloomberg“ nəşri çıxış edib. Nəşrin yazısında bildirilir ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni həm Ukraynalı həmkarı Volodimir Zelenski, həm də Rusiyanın xarici işlər naziri Sergery Lavrovla bu ayın əvvəlində Ankaradakı görüşləri zamanı müzakirə edib. Yazıda bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın sülhməramlı fəaliyyətdə …
Read More »AZAL-ın təyyarə qəzasından sağ çıxan bələdçilərinə Çeçenistanın ali mükafatı veriləcək
Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər, onlara “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı veriləcək. Boyukmillet.com Tass-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov Telegram kanalında məlumat verib. “Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar