Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq ADRA-dan bildirilib. Qeyd olunub ki, “Reklam haqqında” qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın …
Read More »Yearly Archives: 2025
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu imzalanıb
Boyukmillet.com Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Meqa Sığorta” ASC arasında peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum qiymətləndirmə sahəsində sığorta sektoru ilə qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə …
Read More »Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb
İrandan Azərbaycana Xəzər dənizi vasitəsi ilə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. …
Read More »Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Opinion” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Fransa 1960-cı illərdə Şimali Afrika ölkəsinin ərazisində istifadə etdiyi nüvə poliqonlarının zərərsizləşdirilməsi problemini həll etməlidir. “Bu, zəruri bir məsələdir. Nüvə poliqonlarının zərərsizləşdirilməsi məsələsi siyasi, hərbi və humanitar baxımdan vacibdir. Biz bunu amerikalılar, ruslar, …
Read More »Rusiya XİN Ukrayna ilə bağlı danışıqların şərtlərini açıqlayıb
Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib. O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır. “Rusiya tərəfi real …
Read More »KİV: Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü artıq bərpa edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, tədarük ötən həftənin sonunda bərpa olunub. “Reuters”in əldə etdiyi məlumata görə, Tramp hakimiyyəti əvvəlcə Kiyevə silah tədarükünün tam dayandırılması imkanını nəzərdən keçirib. Qeyd olunur ki, Amerika administrasiyasında Ukraynaya silahların hansı həcmdə veriləcəyi ilə bağlı fikir ayrılıqları var. …
Read More »Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır
ABŞ Prezidenti Donald Tramp 24 saat ərzində ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr vurğulayır ki, UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərman İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində imzalanacaq. Trampın əmrinə əsasən, ABŞ Dövlət …
Read More »Qusar rayonunda terrorçuluğa hazırlıqda ittiham olunanlardan ölənlər və həbs olunanlar var
8 nəfər öldürülüb, 6 nəfərsə həbs olunub Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyi bildirilir. Birgə məlumatda deyilir ki, əməliyyat zamanı qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən öldürülüb, 6 nəfərsə həbs olunub. Birgə məlumatda iddia edilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum …
Read More »Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib, ADNSU-ya rəhbər təyin edilib
Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər Sərəncamla R.Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Read More »Qusarda DTX və DİN-in birgə əməliyyatı zamanı terrorçu qruplaşmanın sığınacaqları aşkarlanıb
Qusarda “Meşə qardaşları” adlı terror qruplaşmasına qarşı keçirilən tədbirlər nəticəsində rayonun Cibir kəndi yaxınlığında sığınacaqlar və saxlanc yerləri aşkar edilib. “Report”un məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməliyyatla bağlı yaydığı birgə məlumatda deyilir: “Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar