Dünya bazarında Azərbaycan neftinin qiymətində növbəti artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli 133,23 dollara yüksəlib.
Boyukmillet.com xəbər verir ki, bu göstərici əvvəlki qiymətlə müqayisədə 8,04 dollar və ya 6,42 faiz çoxdur.
Hərraclarda “Brent” markalı neftin dekabr ayı üzrə fyuçerslərinin qiyməti 135,74 dollar səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan “Azeri Light” neftinin bir bareli 122,39 dollara çatıb. Bu, əvvəlki göstəricidən 7,83 dollar və ya 6,83 faiz yüksəkdir.
Azərbaycanın 2026-cı il dövlət büdcəsi hesablamalarında neftin bir bareli üçün orta qiymət 65 dollar müəyyən edilib.
Azərbaycan neftinin bu markası üzrə ən aşağı qiymət 21 aprel 2020-ci ildə qeydə alınıb. Həmin vaxt bir barel 15,81 dollara satılıb. Ən yüksək göstərici isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.
“Azeri Light” Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak payı 35,3 faizdir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
