Türkiyənin şimalında, Zonquldak vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl kömür şaxtasında güclü metan qazı (qrizu) partlayışı baş verib.
Boyukmillet.com xəbər verir ki, TRT Haber-in məlumatına görə, partlayışdan dərhal sonra şaxtada yanğın və uçqun meydana gəlib.
Hadisə yerinə dərhal xilasetmə, yanğınsöndürən və tibb briqadaları cəlb olunub. Şaxtadan çıxarılan fəhlələrdən ikisinin həyatını itirdiyi müəyyən edilib, xəsarət alan 5 nəfər isə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Axtarış-xilasetmə işləri davam etdirilir, fəlakətin təfərrüatları və başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

