Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya Qarabağda əndazəni aşdı: Ermənilərə “gənc döyüşçü” təlimləri keçirilir – FOTOLAR

10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsi və Laçın dəhlizinə yerlşdirilən Rusiya hərbi kontinigenti səlahiyyətinə aid olan missiyadan başqa hər işlə məşğuldur. Rus hərbçilər indi də Qarabağda gənclərə hərbi təlim xarakterli kurslar keçirlər.

Boyukmillet.com Turkustan.az-a  istinadən xəbər verir ki, “Gənc döyüşçü” adlandırılan təlimlərə əsasən 13-18 yaşlı erməni gənclər cəlb olunub. Keçmiş Ağdərə rayonu ərazisində keçirilən Təlimlərdə gənclərə ekstremal situasiyalarda özünü qoruma, dağ şəraitində sağ qalmaq, yanğınlarda, minadan tam təmizlənməmiş ərazilərdə davranışlar, mina partlaşları zaman ilkin davranışlar və ilk tibbi yardım öyrədilib.   

No description available.Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolev bildirib ki, gənclərə praktiki təlimlər keçirilir: “Rusiya sülhməramlıları gənclərin idman düşərgələri ilə qarşılıqlı əlaqəni davam etdirəcəklər”.

Hərbi həkim də uşaqlarla işləyərək ilkin tibbi yardımın göstərilmə üsullarını və üsullarını nümayiş etdirir: qanaxmanın necə düzgün dayandırılması, atel tətbiq edilməsi və hansı hallarda zərərçəkənin yerindən tərpənməməsi və s.

“Yaralanmalara kömək, immobilizasiya, qanaxmanın dayandırılmasına xüsusi diqqət yetirildi” deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Yelena Muratova deyib.

No description available.

“Rus sülhməramlıları ilə bütün sahələrdə əməkdaşlıq etməyə və təmas qurmağa çalışırıq, onlara tez -tez” bizim sülhməramlılarımız “deyirik. Düşərgə, layihələr və fikirləri birgə təşkil edə biləcəyiniz əla bir platformadır” – bunu isə təlimlərin keçirildiyi turizm düşərgəsinin direktoru direktoru Vladimir Qriqoryan deyir.

İlk baxışdan mülki müdafiə xarakterli təlimlər kimi təqdim olunan bu toplanışlara “Gənc döyüşçü” adının verilməsi, orada öyrədilən təmrinlərin daha çox hərbi xarakterli olmasına dəlalət edir. Bu, hələ ictimaiyyət üçün açıqlanan təlimlərdir. Ehtimal etmək olar ki, ya indi, ya da gələcəkdə Rusiya hərbçiləri erməni gənclərə hərbi təlimlər keçərək onların  terrorçu-separatçı kimi yetişdirilməsini də həyata keçirə bilər.

No description available.

Mövlud/Turkustan.az  

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …