Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Boyukmillet.com xəbər verir ki, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Read More »Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur. Sitat.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan …
Read More »AMİP funksioneri: “Prezident Əli Əsədovun qərarını dərhal ləğv etməli, quru yollar açılmaldır”
Xəbər verildiyi kimi, Azərbaycan höküməti ölkədəki xüsusi karantin rejiminin 2024-cü ilin yanvarın 2-dək uzadılması barədə qərar qəbul edib. Bütün dünyada quru sərhədlər açıldığı halda, Azərbaycanda niyə əks qərar verilib? Boyukmillet.com xəbər verir ki, bu və ya digər məqamlarla bağlı AMİP Siyasi Şuraslnın üzvü Əli Orucov Mia.az-a açıqlamasında deyib ki, dünyanın ən qapalı və totatalitar rejimləri olan Türkmənistan və Şimali Koreyanın da xüsusi …
Read More »Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir
“Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan “Faktor TV”nin efirində deyib. O hesab edir ki, bu, doğru qərardır. Qeyd edək ki, Ermənistandakı hökumət rəsmiləri bir müddət Rusiya dövlət mediasının Ermənistana qarşı hibrid müharibə şəraitində olduğunu bildirmişdilər. Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. …
Read More »Aİ və BMT-nin dəstəyi ilə Xırdalanda əmək yarmarkası keçirilir
Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Xırdalan şəhərində ictimaiyyətə açıq “1001 İş” adlı əmək yarmarkası keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbiri Xırdalan bələdiyyəsi təşkil edib. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” (M4EG) proqramı çərçivəsində keçirilən yarmarkanın məqsədi Xırdalan şəhərində məşğulluq və dövlət-özəl tərəfdaşlığı imkanlarının artırılmasına dəstək göstərməkdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə …
Read More »BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
“Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb”. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib. “Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı …
Read More »Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq
Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən – 33 binadan ibarət olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib. Məlumata görə, binalar 4-5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin 2-3 otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub. Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin …
Read More »Şərqşünas alimin məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” adlı məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub. Boyukmillet.com xəbər verir ki, məqalədə azərbaycanlıların 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından zorla köçürülməsi tarixi faktlara, sənədlərə, arxiv materiallarına, fotolara, maddi-mənəvi və tarixi abidələrə, elmi ədəbiyyata və …
Read More »Biz Qafqazda sülh və sabitlik istəyirik – İlham Əliyev
Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsinlər və artıq sülh sazişinin layihəsi üzərində işləsinlər. Sentyabrın 20-də biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar