Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib. Boyukmillet.com xəbər verir ki, baş həkim Qənirə Paşayevanın vəziyyətinin ağır olduğunu bildirib: “Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.
Read More »Maliyyə Nazirliyinin Aparatının rəsmisi IMF-də yüksək vəzifəyə təyin olunub
Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorunun müşaviri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü məlumat verib. “Bu gündən fəaliyyətimi ABŞ-ın paytaxtı Vaşinqtonda – IMF-in İcraçı Direktorunun müşaviri kimi davam etdirərək Fondun İdarə Heyətində (IH) Azərbaycanı təmsil edəcəyəm. BMT sisteminə daxil olan və 190 üzv ölkəni …
Read More »ABŞ İnstitutu: “Vladimir Putin döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib”
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyquya döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində S.Şoyqu cəbhədəki vəziyyəti yaxşılaşdırmalı, Ukraynanın əks-hücumlarını dayandırmalı və Rusiya qüvvələrinin daha geniş ərazilərə hücumu üçün şərait yaratmalıdır: “Kreml daxilindəki mənbələr də belə deyirlər. Əgər bu …
Read More »Ermənistanlı nazir: “Regional kommunikasiyaların mümkün qədər tez açılmasını istəyirik”
“Ermənistan kommunikasiyaların açılmasına hazırdır. Biz bunun mümkün qədər tez olmasını istəyirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib. Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə bir sıra razılıq əldə olunub. Razılığa əsasən, …
Read More »Zərdabda 23 yaşlı gənc intihar edib
Zərdab rayonu Bıçaqçı kənd sakini, 2000-ci il təvəllüdlü Bilal Səmədov intihar edib. Boyukmillet.com xəbər verir ki, o, yaşadığı evin həyətində özünə qəsd edib. B.Səmədovun meyitini atası aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib
Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər …
Read More »“Qarabağ” Marko Yankoviçlə müqavilənin müddətini uzadıb
“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib. Boyukmillet.com xəbər verir ki, sözləşməyə əsasən, 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək “köhlən atlar”da çıxış edəcək. 2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.
Read More »Gəncədə evə ildırım düşüb, yanğın baş verib
Gəncədə evə ildırım düşüb, yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir.
Read More »İran kəşfiyyatı Tehranda 30 terror aktının qarşısını alıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusun kəşfiyyat xidmətləri Tehranda 30 partlayışın qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyi məlumat yayıb. “Xüsusi xidmətlər Tehranın sıx məskunlaşdığı ərazilərdə məqsədi 30 terror partlayışı təşkil etmək olan planın bütün təqsirkarlarını aşkar edib, zərərsizləşdirib və həbs ediblər”, – İSNA xəbər agentliyi bildirib. Onun sözlərinə görə, kəşfiyyatçılar üç əyalətdə – Əlburz, Qərbi Azərbaycan …
Read More »Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir
Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib. Boyukmillet.com xəbər verir ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib. Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar