Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İzmirdə meşəlik ərazidə yanğın baş verib

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşəlik ərazidə yanğın çıxıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında baş verib. Bildirilib ki, bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer əraziyə cəlb edilib. Yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan …

Read More »

XİN: “Bölgədə sülh və sabitliyin yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, qondarma rejimin buraxılmasıdır”

“Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”. Boyukmillet.com xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanatında əksini tapıb.Qeyd edilib ki, Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə …

Read More »

Müdafiə naziri: “Ermənistanın və qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb”

“Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb”. Boyukmilldet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edərkən deyib. Müdafiə Nazirliyində …

Read More »

XİN Qarabağda qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası ərazisində siyasi …

Read More »

Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik …

Read More »

Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, zərərçəkən polisə məlumat verərək naməlum şəxsin kilidi sındırıb mənzilə daxil olduğunu və oradan 41 min ABŞ dolları, 23 min manat, eləcə də 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər …

Read More »

Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Boyukmillet.com xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanatında əksini tapıb. Qeyd …

Read More »

Paşinyan Almaniya kanslerinə də İlham Əliyevlə danışıqlara hazır olduğunu deyib

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla …

Read More »

2023-cü il “Tələbələrin dostu” sosial mükafatının qaliblərindən biri NDU -nun prorektoru Arzu Abdullayevdir

Azərbaycan Universitetləri səhifəsi tərəfindən 3-cü dəfə keçirilən “Tələbələrin dostu” sosial mükafatının 2023-cü il qalibləri açıqlanıb. Boyukmillet.com verir ki, sorğunun qalibləri sırasında DİM Direktorlar Şurasının Sədri, rektorlar, prorektorlar, müşavirlər və professor-müəllim heyəti yer alıb. Bu ilki müsabiqənin qalibləri sırasında Naxçıvan Dövlət Universitetinin prorektoru Arzu Abdullayev də olub. Qeyd edək ki, mükafat il ərzində tələbələrin sorğularına tez və operativ reaksiya verən, tələbələr …

Read More »

Göyçayda törədilən qətllə bağlı cinayət işi açılıb

Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə “Report”a Göyçay rayon prokurorluğundan məlumat verilib. İlkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada …

Read More »