Çərşənbə axşamı , 7 Aprel 2026

autor

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.

Read More »

Miller: “ABŞ Qarabağ sakinlərinə ərzaq çatdırılması üçün tərəflərlə davamlı işləyir”

Birləşmiş Ştatlar Qarabağa ərzaq çatdırılmasını təmin etmək üçün son bir neçə həftədir ki, tərəflərlə işləyir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. M.Miller qeyd edib ki, Azərbaycan tərəfi və Qarabağdakı erməni azlıq nümayəndələri zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərlə bağlı müzakirələri davam etdirməlidirlər. Qeyd edək ki, …

Read More »

Qərbi Azərbaycan Xronikası: Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?

“Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Boyukmillet.com xəbər verir ki, “Ermənilərin despot cəmiyyəti – unutdurulmuş həqiqət” adlı süjetdə Ermənistanın demokratikləşməsinin ermənilər və oranın didərgin salınmış vətəndaşları olan qərbi azərbaycanlılara faydalı olacağına dair məlumat verilib. Bildirilib ki, 44 günlük müharibə Ermənistana, havadarlarına və bir sıra xəyalpərəst ermənilərə Qarabağın əsl sahibinin kim olduğunu göstərdi: “Ermənistanın təhlükəsizliyi ordudan, hərbçilərindən, ölkəyə …

Read More »

XİN: “Azərbaycan erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır”

“Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərhində deyib. Şərhdə bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni …

Read More »

Azərbaycan Livana nota verdi

Azərbaycanın Livandakı səfirliyinə qarşı törədilən hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Azərbaycan XİN Livanın Xarici İşlər Nazirliyinə nota təqdim edib, aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.

Read More »

Ermənilər Livandakı səfirliyimizə hücum etdil

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Boyukmillet.com xəbər verir ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin …

Read More »

“Səyyar qəbul otağı” Lənkəranın Şiləvar kəndində qurulub

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Lənkəran rayonunun Şiləvar kəndində baş tutub. Boyukmillet.com xəbər verir ki, aksiya çərçivəsində Şiləvar və Digah kəndlərinin sakinlərinin qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib. Görüş zamanı əsasən yeni yaşayış massivlərinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Ünvanlanan suallar Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, səsləndirilən müraciətlərin …

Read More »

İngiltərədən dünyanı ŞOK EDƏN QƏRAR – O bölgəni “müstəqil dövlət” elan etdi – SƏRT TƏPKİ

İngiltərə parlamenti Çin-Birləşmiş Krallıq münasibətlərinə təsir edəcək qərar qəbul edib.  Boyukmillet.com xəbər verir ki, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin bu gün dərc etdiyi hesabatda Tayvan ilk dəfə olaraq “müstəqil ölkə” kimi müəyyən edilib.  Komitənin hesabatında deyilir: “Tayvan hazırırda müstəqil bir ölkədir. Tayvan daimi əhali, müəyyən edilmiş ərazi və digər ölkələrlə əlaqə qurmaq imkanları da daxil olmaqla, dövlətçilik üçün bütün şərtlərə malikdir.” …

Read More »

Saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər daha iki tenderin qalibi olub – AQC xəbərdarlıq edir

Ramil Qasımzadə adlı qiymətləndiricinin saxta sənədlər hazırlayaraq dövlət orqanlarına təqdim etməsi, çətir şirkətlər” yaratması və saxta yollarla tenderlərdə qalib olması barədə məlumat vermişdik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadənin “Unprice” MMC, “Koral” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər təsis edərək saxta sənədlər hazırlaması və təqdim etməsi, dövlət satınalmaları zamanı süni …

Read More »

Türkiyədə sabiq nazirin meyidi tapıldı

Türkiyənin keçmiş qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdindəki yaşayış evlərinin birinin hovuzunda ölmüş vəziyyətdə tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Cümhuriyyət” məlumat yayıb. Hadisəyə ilkin səbəb kimi ürəktutması göstərilir. Faktla bağlı istintaq başladılıb. Qeyd edək ki, 68 yaşlı K.Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib.

Read More »