“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Məlumata görə, səhmdar cəmiyyətinin 100 % törəmə müəssisəsi – “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi iyulun 29-da …
Read More »Prezident İlham Əliyev Şəmkirə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.
Read More »Putinlə Ərdoğanın görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri və Zəngəzur dəhlizi müzakirə olunacaq
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyət” nəşrinin köşə yazısında bildirilib. Qeyd edilib ki, liderlər həmçinin “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Qeyd olunub ki, səfərin avqustun sonunda baş tutacağı gözlənilir. Həm rəsmi Ankara, həm …
Read More »Prezident 102 kilometrlik Gəncə-Qazaxbəyli avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. …
Read More »Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb
Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alıınıb. Hadisə nəticəsində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Quliyeva Əsmər Sərdar qızı, 2007-ci il təvəllüdlü Quliyev İbadət Elşən oğlu, 2019-cu il təvəllüdlü Quliyev Uğur Elşən oğlu və 2008-ci il təvəllüdlü Hacıbalıyeva Aytəkin Saleh qızı …
Read More »Goranboyda avtomobil aşıb, ölən var
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Veysli kəndi ərazisində qeydə alınıb. Babək Hüseynovun idarə etdiyi “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Read More »Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Read More »Tacikistanda yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var
Tacikistanın Xatlon vilayətində yerləşən Kulyab şəhərində yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Respublika Prezidenti yanında Fövqəladə Hallar Komitəsindən bildirilib. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb əyləclərin sıradan çıxması olub.
Read More »Almaniya XİN rəhbəri: “Ciddə sammiti Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”
“Ciddədə keçirilən sammit Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild” nəşrinə müsahibəsində bildirib. “Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar