Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycana gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat feysbukda yazıb: “Artıq ikinci ildir ki, biz azərbaycanlı dostlarımızla birlikdə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsinin icrasını davam etdiririk. Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, …
Read More »KİV: Rusiya 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur
Rusiya Ukraynanı 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə bombalayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun “Sxemlər” proqramında bildirilib. Bildirilib ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2 noyabr 1999-cu il tarixli razılaşma əsasında X-55 qanadlı raketlərini istehlak etdiyi Rusiya qazına görə borcunu ödəmək müqabilində Rusiya Federasiyasına verib. Jurnalistlər Rusiyanın artıq Ukrayna şəhərlərinə atdığı mərmi siyahısından azı onlarla …
Read More »Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Read More »Səbaildə 66 yaşlı kişini qonşusu bıçaqlayıb
Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Boyukmillet.com xəbər verir ki, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Hacıyev Şirxan Ədil oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Dünyada qloballaşma gedir və bir sıra yeni innovativ, modern ixtisaslar yaranır – Tarixçi alim Arzu Abdullayev
Naxçıvan Dövlət Universiteti nəinki ölkəmizin ali məktəbləri, həm də dünya universitetləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə tanınır. Təsadüfi deyildir ki, Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir olunmuş, klassik universitetlərlə müqayisə edilmiş, regionun elm və təhsil mərkəzlərindən biri kimi nüfuz qazanmışdır. Universitetdə inkişaf etmiş …
Read More »Bayramovun bu məktubu BMT sənədi kimi yayıldı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan Azərbaycana qarşı məhkəmə işi Ermənistan tərəfindən irəli sürülmüş tələbin rədd olunması ilə bağlı 6 iyul tarixli qərarı ilə əlaqədar 21 iyul 2023-cü il tarixində BMT baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məktubda, …
Read More »Qərbi Azərbaycan İcmasından Quterreşə çağırış
Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, icma məktubda Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə …
Read More »İranlı polkovnik faciəvi şəkildə öldü
İranın Kirman əyalətinin Ciroft şəhərində pərakəndə yanacaq satıcılarını həbs etmək istəyən polkovnik Milad Azadavər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, polkovnik pərakəndə yanacaq satanları həbs etmək məqsədilə onları qovduğu vaxt avtomobili aşaraq alovlanıb. Azadavər avtomobildə yanaraq həyatını itirib.
Read More »Güneyli fəallar polis idarələrinə çağırılır
Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəal təhlükəsizlik idarələrinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə fəalların yaxınları məlumat yayıblar. Məlumata görə, Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurları fəallara zəng edərək onlardan bir sıra sualları cavablandırmaq üçün idarələrə gəlmələrini tələb ediblər. Həbs həyatı yaşamış, hazırda isə azadlıqda olan milli …
Read More »Səbinə Əliyeva Vaqif Xaçatryana baş çəkdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib. Boyukmillet.com xəbər verir ki, ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar