Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu apellyasiya şikayəti verib. Boyukmillet.com xəbər verir ki, bunu Report-a onun vəkili Zibeydə Sadıqova deyib. Müdafiəçi bildirib ki, şikayət Nərimanov Rayon Məhkəməsinə təqdim edilib: “Nərimanov Rayon Məhkəməsinin müvəkkilim barəsində çıxardığı qərarla razılaşmırıq. Qubad İbadoğlunun tezliklə həbsdən azad olunmasını istəyirik”. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya …
Read More »Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasına köçürüldü
Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Boyukmillet.com xəbər verir ki, o, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.3.1 …
Read More »“Vaqner”lə əməkdaşlığa görə Malinin 3 hərbçisinə sanksiya tətbiq edilib
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkəti ilə əməkdaşlıq etdiyinə görə Malinin 3 hərbçisinə sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb. Bildirilib ki, bu sanksiya son iki ildə Malidə “Vaqner”in təhlükəsizliyinin təmin edilməsində rol oynamış əsas məmurları ifşa edib: “Bu məmurlar ölkə vətəndaşlarını və dinc sakinləri “Vaqner”in pozucu fəaliyyəti qarşısında müdafiəsiz qoyub”. Məlumata görə, həmin …
Read More »Sepah silah arsenalına yeni qanadlı raket daxil edib
İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Qüvvələri iyulun 25-də “Əbu Mehdi” adlı qanadlı raketi silah arsenalına daxil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, qanadlı raketin təhvil verilməsi mərasimində İranın müdafiə naziri Məhəmməd Rza Qarai Aştiani və başqa hərbi rəsmilər iştirak edib. Məlumata görə, “Əbu Mehdi” İran Silahlı Qüvvələrinin dəstəyi ilə Müdafiə Nazirliyinin …
Read More »Baş prokuror: “Bu il 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər işdən çıxarılıb”
“Bu ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, …
Read More »“KazMunayQaz” SOCAR ilə Qazaxıstan neftinin Azərbaycandan tranzitini artırmaq üçün plan hazırlayır
Qazaxıstanın milli neft-qaz şirkəti olan “KazMunayQaz” (KMQ) hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin həcminin artırılması üçün növbəti plan hazırlayır. Boyukmillet.com xəbər verir ki, “KazMunayQaz” ilə SOCAR arasında əldə olunmuş razılaşmalara əsasən, bu il Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton həcmində Qazaxıstan neftinin nəqlinə başlanılıb. Neft marşrut üzrə paritet (50 %/50 %) əsasında nəql olunur. …
Read More »Jurnalistlər prezidentə müraciət etdi
Bir qrup tanınmış jurnalist, mənzil problemi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Boyukmillet.com həmin müraciətin mətnini sizlərə təqdim edir: Əziz media nümayəndələri! Jurnalistlərin 3-cü binasıyla bağlı dövlət başçısına bir qrup KİV nümayəndəsi müraciət hazırlayır. Müraciətə qoşulmaq istəyən jurnalistlər 26 iyul saat 00.00-adək soyad, ad, ata adı və iş yeri haqqında məlumatı şərh bölməsinə əlavə edə bilər. Uğurlar! Ökədə fəaliyyət …
Read More »Ağdamda ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb
30 il əvvəl ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı öz feysbuk hesabında qətlə yetirilən şəxslərin yaxını Sadiq Xəlilov paylaşıb. Həmin paylaşımı sizlərə təqdim edirik: 30 illik ayrılığa son! 24 iyul 1993-cü il şəhid olmuş övladının nəşini gətirmək üçün Ağdamın Sarıcalı kəndinə yollanan bu mülki şəxslər (atam ,əmim, dayım və ailə dostu Seyid Mehdi …
Read More »Prezident bu şəxsi “general” rütbəsindən məhrum etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com sərəncamın mətnini təqdim edir: 1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin. 2. Aşağıdakı şəxslər …
Read More »Prezident Xələf Xələfovu vəzifəsindən azad etdi
Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar