Çərşənbə , 8 Aprel 2026

autor

Türkiyə UÇA adlı yeni hərbi texnika istehsal edib

Türkiyə Milli Müdafiə Sənayesi UÇA adlı yeni hərbi texnika istehsal edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bu hərbi texnika iyulun 25-28 tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdiriləcək. UÇA layihəsi hədəf aşkarlama və mina atış qurğusunun MK-84 tipli ümumi təyinatlı bombalara inteqrasiyasını, hücum dəniz minalarına çevrilməsini əhatə edir. UÇA “F-16”, “F-4”, …

Read More »

Netanyahu xəstəxanadan buraxılıb

İsrailin Baş naziri Benyamin Netanyahu ürəyinə kardiostimulyator qoşulduqdan sonra xəstəxanadan buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. Eyni zamanda, bu gün İsrail parlamentində hüquq islahatlarına dair ikinci və üçüncü oxunuşlarda səsvermə keçiriləcək. Bununla bağlı ölkədə minlərlə şəxsin iştirakı ilə etiraz aksiyaları keçirilir. Netanyahunun bu gün Knessetə gəlib-gəlməyəcəyi hələ məlum deyil.

Read More »

Donald Tramp Baydeni sərt tənqid edib: “ABŞ tarixdə ən təhlükəli dövrünü yaşayır”

“Hazırda ölkə tarixinin ən təhlükəli dövrüdür və buna səbəb isə nüvə silahının tətbiqi riskinin yüksək olmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox Nyus”a müsahibəsində bildirib. O, ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni Pentaqonun artilleriya sursatlarının çatışmazlığını etiraf etdiyinə görə sərt tənqid edib. D.Tramp xatırladıb ki, onun prezidentliyi dövründə ABŞ hərbi anbarları kifayət qədər silahla dolu olub. “Prezident …

Read More »

Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini azad edib

“Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini Rusiya qoşunlarının işğalından azad edib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri ötən həftə ərzində 12 kv.km cənubda, 4 kv.km isə Baxmut istiqamətində irəliləyib. Cənub cəbhəsində hücumun gedişində Ukrayna ordusu bütövlükdə 192 kv.km ərazini geri qaytarıb. Ötən həftə bu istiqamətdə 12 …

Read More »

Ukrayna Krım yarımadasına PUA-larla zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA-larla hücumu nəticəsində Cankoy rayonunda silah-sursat anbarında partlayış olub. Boyukmillet.com xəbər verir ki, bunu Krımdakı separatçı rejimin başçısı Sergey Aksyonov bildirib. Onun sözlərinə görə, Cankoy-Somferopol istiqamətində avtomobil və dəmir yolları bağlanıb. Bildirilib ki, yarımadaya 11 PUA ilə hücum qeydə alınıb. Qeyd edək ki, bundan əvvəl iyulun 22-də də Krıma PUA-larla hücum olub. …

Read More »

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək …

Read More »

Nazir müavini: “Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb”

“Kibertəhlükəsizliyin kritik əhəmiyyətini hamımız başa düşürük və bu səbəbdən kibertəhlükəsizlik sahəsində proaktiv yanaşmaya ehtiyac yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib. Onun sözlərinə görə, kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilib: “Bunu Azərbaycan və İsrail liderləri keçirdikləri görüşdə də bəyan ediblər. Bu gün Daxili İşlər Nazirliyinin tərkibində kibertəhlükəsziliklə …

Read More »

Blinken: Rusiyanın Ukraynanı xəritədən silmək məqsədi çoxdan uğursuzluğa düçar olub

Rusiya hərbi müdaxilənin başlanğıcında qarşısına qoyduğu məqsədlərini nəzərə alaraq Ukraynada “müharibəni artıq uduzub”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib. “Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuzluğa düçar olub”, – diplomat vurğulayıb. Blinken deyib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, azadlıqları …

Read More »

Siyəzəndə dənizdə 3 nəfər batıb, axtarış aparılır

Siyəzəndə dənizdə 3 nəfər batıb. Boyukmillet.com xəbər verir ki, “Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, – məlumatda qeyd olunub.

Read More »

DİN: Qubad İbadoğlu saxlanılıb- YENİLƏNİB

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, …

Read More »